GS1 sistemində GPC –Əmtəələrin Qlobal Təsnifatına aid online təqdimat

 30 iyul 2020-ci il tarixdə GS1 Azerbaijan avtomatik identifikasiya Cəmiyyəti tərəfindən Zoom Pro platformu üzərindən GS1 sisteminin istifadəçisi olmuş Azərbaycan istehsalçıları üçün növbəti onlayn rejimdə təqdimat təşkil edilmişdir.

Təqdimat GPC (Global Product Classification)- Əmtəələrin Qlobal Təsnifatına uyğun olaraq məhsulun təsvirində mütləq olan yeni atribut mövzusuna həsr olunmuşdur.

Təqdimatı mühazirə edən GS1 Azerbaijan Əmtəə Nömrələmə Depozitariyasının müdiri Gülanə Rəsulova GS1 təsnifatı GPC – haqqında iştirakçılara ümumi məlumat vermiş, GS1 sisteminin istifadəçilərinin öz məhsullarını beynəlxalq ticarət şəbəkələrində əks etdirilməsi üçün mütləq şəkildə GPC-dən istifadə etməli olduqları onların diqqətinə çatdırmış, təsnifat seçimində diqqət edilməli sahələri vurğulamışdır.  Həmçinin təqdimatın sonunda www.gs1az.org saytında yerləşən İstifadəçinin şəxsi kabinetindən günümüzdə ən çox müraciət olunan məhsullar barədə nümunələrin GPC təsnifatını nümayiş etdirilmişdir.