GS1 sistemində ştrixkodların istifadə qaydalarına aid online seminar-prezentasiya

17 iyul 2020-ci il tarixdə GS1 Azerbaijan avtomatik identifikasiya Cəmiyyəti tərəfindən Zoom Pro platformu üzərindən GS1 sisteminin istifadəçisi olmuş Azərbaycan istehsalçıları üçün onlayn rejimdə təqdimat təşkil edilmişdir.

Prezentasiyanı aparan GS1 Azerbaijan Əmtəə Nömrələmə Depozitariyasının müdiri Gülanə Rəsulova iştirakçıları GS1 əmtəə kodlarının əsas istifadə qaydaları ilə tanış etmişdir. GTİN-lərin verilməsi, GTİN nömrələrinin bağlamanın üzərinə yerləşdirilməsi, ölçüsünün və rənginin seçilməsi məsələlərinə ətraflı baxılmışdır. etiketlərin çapı zamanı yol verilən səhvlərin təhlilinə xüsusi diqqət ayrılmışdır. Onlayn rejimdə GS1 sisteminin istifadəçilərinin www.gs1az.org saytında yerləşən Şəxsi kabinetlərindən işləmək qaydaları göstərilmişdir.şdir.

                 

Onlayn təqdimat zamanı yerli istehsalçıların məhsullarının üzərindəki 476 prefiksi ilə başlayan ştrixkodun oxunması zamanı məhsul və onun istesalçısı haqqında geniş məlumat əldə etmək imkanını verən AZE Barkode mobil həllin iş qaydaları nümayiş edilmişdir.

Bu mobil həll müəyyən olunmuş qaydaları pozaraq etiketlərə yerləşdirilən qeyri qanuni ştrixkodları müəyyənləşdirməyə imkan verir.
Onlayn təqdimatın sonunda ştrixkod avadanlıqları və RFİD texnologiyası haqqında bir neçə slaydlar nümayiş etdirilmişdir.
GS1 Azerbaijan Cəmiyyəti karantin şəraitini nəzərə alaraq yaxın zamanda bu cür onlayn tədbirlərin keçirilməsini davam etməyi planlaşdırır.