GS1 sisteminin istifadəçilərinin sayı artır

14 fevral 2020-ci il tarixdə GS1 Azərbaycan Cəmiyyətinin ofisində GS1 sistemində yeni qeydiyyatdan keçmiş istehsalçılar üçün növbəti seminar-prezentasiya təşkil edilmişdir.
Qida və qeyri qida, əczaçılıq preparatları, içki və s. istehsalı ilə məşğul olan istehsalçıların və onların nümayəndələrinin iştirakı ilə baş tutan seminarda GS1 Azərbaycan Əmtəə Nömrələmə Depozitariyasının müdiri G.Rəsulova  dünya praktikasında ştrixkoddan istifadə və istehsalçıların bu sahədə maarifləndirilməsi ilə bağlı söhbət aparmışdır.

Qeyd edilmişdir ki, 01 fevral 2020-ci il tarixə olan statistik məlumata əsasən GS1 Azərbaycan əmtəə nömrələmə Depozitariyasında təxminən 100 000-ə yaxın məhsul EAN-8, EAN-13, EAN-14 ştrixkod nömrələri ilə markalanmışdır.

Ştrixkodların beynəlxalq standartlara uyğun istifadə qaydaları, əmtəələrə ştrixkod nömrələrinin paylanması prinsipləri, ştrixkod tərtib edilən zaman diqqət edilməli olan zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır. Ştrixkod vasitəsilə izlənmə məsələsi, GLN (Qlobal Yerləşmə Nömrəsi) və ondan istifadənin əlverişliliyi haqqında məlumatlar istehsalçılar tərəfindən maraqla qarşılanmışdır.
Seminar zamanı GS1 sisteminin istifadəçilərinin www.gs1az.org saytından uzaqdan Şəxsi kabinetlərindən istifadə qaydaları ətraflı izah edilmiş, yerli məhsullar və onların istehsalçıları haqqında məlumat əldə etmək imkanı verən mobil həll nümayiş olunmuş, həmçinin GEPİR beynəlxalq axtarış sistemi haqqında məlumat verilmişdir.

          


GS1 Azərbaycan Cəmiyyətinin İT mütəxəssis Fərid Abasov istehsalatda insan faktoru olmaqla qələm, dəftər vasitəsilə aparılan uçot zamanı yaranan səhvlərin aradan qaldırılması ilə bağlı çoxsaylı suallara cavab vermiş, ştrixkod və RFİD avadanlıqlarını nümayiş etmişdir.

Seminarda danışılan ümumi mövzular haqqında məlumatların möhkəmləndirilməsi məqsədilə iştirakçılar arasında sual-cavab, test keçirilmişdir.

Seminarın sonunda GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev iştirakçılara məhsulların üzərinə beynəlxalq ştrixkodların vurulma hüququnu təsdiq edən Şəhadətnamə təqdim etmişdir.