Порядок заполнения заявки на получение штрихкода

ŞTRİXLİ KODLAŞDIRMA ÜÇÜN MƏHSULLARIN SİFARIŞ CƏDVƏLİNİN DOLDURULMA QAYDALARI.

Sifarış cədvəli iki formatda təqdim edilə bilər:

-   Şəxsi kabinet pəncərəsindən elektron qaydada;

-   Kağız daşıyıcıda.

Elektron qaydada sifarişin göndərilməsi qaydaları ilə bağlı https://app.gs1az.org/az/login

linkinə keçid edərək məlumatları əldə edə bilərsiniz.

Kağız daşıyıcıda təqdim edilən sifariş cədvəli aşagıda göstərilən qaydalara əsasən doldurulmalıdır:

  •   Cədvəldə göstərilən hər bir məhsul “S/N” sütununda növbə ilə nömrələnməlidir.
  •  “Məhsulun adı” sütununda məhsulun növünü müəyyənləşdirən əsas bir neçə söz yazmaq lazımdır (Məsələn: toyuq broyler əti/xama/qazsız su/qırmızı kəmturş şərab/qabyuyan maye və s.)
  •    Məhsulun “Brend adı” mütləq düzgün göstərilməlidir (Məsələn: “Səba”/”Nübar”/”Savalan”/”Pasha Çay”/ “Azərşəkər” və s.)
  •  “Məhsulun şəkli – JPEG və ya URL” sətrində məhsulun şəkli və ya URL ünvanı qeyd edilməlidir.
  •  “Hədəf bazarı” sütununda məhsul kataloqunun satış üçün nəzərdə tutulduğu coğrafi məkan qeyd edilməlidir (Məsələn: yerli bazar/Türkiyə/Rusiya və s.).
  •  “Məhsul növünün təsnifatı (DSK və ya GPC)”  sütununda Dövlət Statistika Komitəsində (DSK) və ya GS1 Qlobal Məhsul Təsnifatında (GPC) məhsulun hansı təsnifat koduna aid olduğu nəzərdə tutulur.
  •  “Miqdarı və Ölçü vahidi” sütununda məhsulun dəqiq çəkisi qeyd olunur. (Məsələn: 1 KGM/400 MLT/20 PCE və s.)
  • “Qablaşma materialının tipi” sütununda qablaşdırmanın tipi göstərilir. (Məsələn: folqa örtük/polietilen bağlama/karton qutu və s.).
  • “Standartın (QOST, AZS), AQTA, TŞ və ya gigiyenik sertifikatın №-si” sütununda məhsulun uyğun olduğu Dövlət standartın və ya TŞ-nin nömrəsini göstərmək lazımdır.
  • “Qrup qablaşmada ədədlərin miqdarı və qablaşman materialının tipi” sütununda satışa çıxarılacaq qrup şəklində qablaşdırmanın (vahid qutuların birləşdirilməsi) növü təsvir olunur. (Məsələn, 30 ədəd polietilen bağlamada/20 ədəd karton qutuda).
  •   Dəyişkən çəkili məhsulların cədvəlini dolduraraq məhsulun çeşidinin adı qeyd olunmalıdır. (Məsələn, bud əti, bişmiş, yarımhisə verilmiş, duzlu və s.).
  •   Tam doldurulmuş cədvəl “GS1 Azərbaycan” Cəmiyyətinin ofisinə təqdim olunur. Bəzi hallarda cədvəli [email protected] elektron poçtuna və ya (012) 498 10 58 faksına sonradan cədvəlin orijinalı GS1 Azərbaycan ofisinə təqdim etməklə göndərmək olar.
  •   Cədvəli komputerdə və ya oxunan çap hərfləri ilə doldurmaq lazımdır.