Daxil olma qaydaları

 

GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrə beynəlxalq ştrixkod nömrələrinin alınması qaydaları

 

İstehsal sahəsindən asılı olmayaraq hər bir fərdi sahibkar və ya hüquqi şəxs GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrini beynəlxalq ştrixkod nömrələri ilə markalaya bilər.

GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrə ştrixkod nömrələrinin alınması prosesi aşağıdakı ardıcıllıqla izlənilir:

     · GS1 sistemindən ya onlayn https://app.gs1az.org/az, ya da http://gs1az.org/az/Bizimle-elaqe-p211.html ünvanında yerləşən ofisə müraciət edərək qeydiyyat mümkündür.

  • Fərdi sahibkarların qeydiyyatı üçün lazımi sənədlər - Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnamə (VÖEN), şəxsiyyət vəsiqəsi, nümayəndə müraciət edərsə etibarnamə və onun şəxsiyyət vəsiqəsi, qida sektorunda AQTA tərəfindən təqdim edilən sertfikat, qeyri qida sektorunda məhsula aid Uyğunluq, Gigiyenik və s.;
  •  Hüquqi şəxslərin qeydiyyatı üçün lazımi sənədlər - Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında şəhadətnamə (VÖEN), Dövlət Reyestrindən Çıxarış, nümayəndə müraciət edərsə etibarnamə və onun şəxsiyyət vəsiqəsi, qida sektorunda AQTA tərəfindən təqdim edilən sertfikat, qeyri qida sektorunda məhsula aid Uyğunluq, Gigiyenik və s.
  •  Qeydiyyatdan keçmək üçün ərizə, müqavilə hüquqi şəxslər üçünmüqavilə fərdi sahibkarlar üçün, şəxsi kabinet haqqında saziş forma imzalanır. Sənədlər tam şəkildə tərtib edilibsə müqavilədə göstərilən məbləğə əsasən hesab təqdim olunur.
  •  Ödənişdən sonra fərdi sahibkar və ya hüquqi şəxs GS1 sisteminin İstifadəçisi olur və ona unikal identifikasiya nömrəsi – GCP ayrılır. · İstifadəçiyə www.gs1az.org saytında şəxsi kabinet pəncərəsi yaradılır. Şəxsi kabinetin login və parolu İstifadəçinin e-mail adresinə göndərilir.
  •  İstifadəçi şəxsi kabinet pəncərəsinə daxil olmaqla yeni çeşid məhsullarına ştrixkod nömrələri üçün müraciət edir. Müraciətin nəticələri müqavilədə nəzərdə tutulmuş müddətdə İstifadəçinin şəxsi kabinet pəncərəsinə göndərilir.
  •  İstifadəçinin şəxsi kabinetdən istifadə imkanı olmadığı təqdirdə GS1 Azərbaycan əməkdaşlarına müraciət edərək məhsullara ştrixkod nömrələri üçün kağız üzərində sifariş verməklə əlavə xidmətdən istifadə edir.
  •  İstifadəçi məhsulları üçün ştrixkodun rəqəmli əhəmiyyətini əldə etdikdən sonra xüsusi proqramlar vasitəsilə zolaqlara çevirərək məhsulun etiketinin üzərində yerləşdirir.
  •  GS1 sistemində qeydiyyatdan keçərək unikal identifikasiya nömrəsi alan hər bir İstifadəçiyə ştrixkodların leqallığını təsdiq edən sənəd – Şəhadətnamə təqdim edilir.