Elektron məlumat mübadiləsi

GS1 EDI

EDİ -  ümumi təsəvvür

Məlumatların elektron mübadiləsi (EDİ - ingil. Electronic Data Interchange)  - bu işgüzar tərəfdaşlar arasında biznes məlumatların mübadiləsi üçün bir vasitədir. EDİ-nin əsas vəzifəsi - bu kağız daşıyıcılarda həyata keçirilən informasiya və sənəd mübadiləsinin kompüter şəbəkələri arasında standartlaşdırılmış elektron sənəd dövriyyəsi ilə əvəz edilməsidir.

Niyə EDİ ilə daha yaxşıdır?

Tətbiq edilmənin səbəbləri:

  • Sənəd dövriyyəsi ilə bağlı xərcləri minimuma endirmək
  • Pərakəndə satış şəbəkəsi və tədarükçülər arasında informasiya mübadiləsini daha rahat və reqlamentləşdirilmiş, etibarlı və təhlükəsiz etmək
  • Tərəfdaşları arasında sənədlərin daha sürətli və daha etibarlı şəkildə ötürülməsi yolu ilə tədarük zəncirinin səmərəliliyini artırmaq və sürətləndirmək
  • Tədarükçülər və pərakəndə satış şəbəkəsi arasında bir çox qarşılıqlı prosesləri avtomatlaşdırmaq, əl əməyi və insan/saat sayını azaltmaq

                "Kağız" sənəd dövriyyəsinin çatışmazlıqları:

  • həmişə bütün ötürülən sənədlərin yenidən əl ilə daxil edilməsini tələb edir;
  • əl ilə daxil edilmənin səhvlərinə gətirib çıxarır;
  • yavaş və bahalıdır (yüksək əmək haqqı alan  personalın iş vaxtı);
  • əlavə xərclərə gətirib çıxarır;
  • tədarükçü ilə sifarişçi arasında fikir ayrılıqlarına gətirib çıxarır (gecikmələr, tədarükün pozulmaları, sifariş və tədarük arasında fərqlər və s.)

 

EDI ilə işləmək üçün zəruri tələblər

EDI-nin tətbiq edilməsi üçün bütün ticarətin bütün iştirakçı - müəssisələrinin beynəlxalq identifikasiya nömrəsi – GLN-lərinin olması lazımdır, hər bir məhsul isə beynəlxalq EAN (GS1) sistemində qlobal GTİN nömrəsinə malik olmalıdır.

GLN (Global Location Number) - fiziki cəhətdən yerləşmə yeri və hüquqi şəxslərin, habelə onların struktur vahidlərinin – ofislərin/ mağazaların/yükləyib göndərilmə anbarlarının/ paylayıcı mərkəzlərin və s. identifikasiyası üzrə qlobal tədarük zənciri üçün texnoloji həlli təmin edir.

GTIN (Global Trade Identity Number, əvvəl EAN) –malların markalanması və uçotunun beynəlxalq kodu (ştrixkod), məsələn, mal, qablaşdırma, orijinal palet.

GLN-nömrənin və GTİN-kodların alınması üçün müəssisə «GS1 Russia» www.gs1az.orgmilli assosiasiyanın assosiatsiyalı iştirakçısı olmalıdır

EDI - məlumatların növləri və onların tətbiqi üstünlükləri

İnternetə çıxışdan istifadə edən tədarükçülərlə iş sxemi

EDİ-yə qoşulma variantları

Tam inteqrasiya - hesab sisteminin EDI-yə qoşulması

Mövcud uçot sisteminin elektron məlumat mübadiləsi texnologiyasına inteqrasiyası zamanı EDI-nin tətbiqindən maksimum səmərə əldə edilə bilər. Sənədlərin göndərilməsi/qəbul edilməsi bilavasitə uçot sistemindən/nə (US) həyata keçiriləcəkdir.

İnteqrasiyanın üstünlükləri:

- EDI ilə işləmək əməkdaşların əlavə olaraq öyrədilməsini tələb etmir

 - mövcud US-də bütün "sifariş-çatdırılma" zənciri boyunca sənəd dövriyyəsinə nəzarət

- "sifariş-çatdırılma" prosesinin bütün zənciri boyunca əl ilə məlumatların daxil edilməsinin praktiki olaraq tam istisna edilməsi sənəd dövriyyəsində səhvlərin sayının istisna edilməsinə/azaldılmasına imkan verir

- prosesin bütün zənciri boyunca sənədlərin işlənilməsi üçün vaxtın 80% azaldılması

- iqtisadi cəhətdən faydanı - nümunədə görmək daha asandır (növbəti slaydda bax)

İnteqrasiya olunmuş tədarükçülərlə qarşılıqlı əlaqənin sxemi

EDI-nin tətbiq edilməsinin üstünlükləri

  • Tədarük haqqında dəqiq məlumatların (tədarük tarixi, tədarükün tərkibi və s.) əvvəlcədən bilinməsi və məlumatların əl ilə daxil edilməsinə ehtiyacın olmaması səbəbindən malların qəbulu, eləcə də malların mədaxil edilməsi üçün vaxtın azaldılması
  • Hesablarda, sifarişlərdə və digər ilkin sənədlərdə səhvlərin düzəldilməsi üçün vaxt sərfiyyatının azaldılması.
  • Bütün mağazalar, filiallar, tərəfdaşlar, departamentlər, nümayəndəliklər və s. ilə elektron sənəd mübadiləsinin təşkil edilməsi imkanı
  • Satışlar/qalıqlar haqqında analitika və tədarükçülərlə məlumat mübadiləsi çeşidin optimallaşdırılmasına, tədarüklərin planlaşdırılmasına, istehsalın planlaşdırılmasına, eləcə də tədarükçüyə malların yerinin sərbəst şəkildə doldurulmasına nəzarət hüququnun verilməsi imkanı yaradır.
  • Elektron sənəd dövriyyəsinin (EDI) tətbiqi malların qəbulu prosesində və digər SCM proseslərində məlumatların toplanması (MTT) terminallarının tətbiqinin səmərəliliyini sadələşdirəcək və artıracaqdır.
  • Kontragentlərlə (tədarükçülərlə/müştərilərlə/dilerlərlə /distribyutorlarl) qarşılıqlı əlaqənin asanlaşdırılması.
  • Bütün sənədlərin və statusların arxivləşdirilməsi və 3 ilədək saxlanılması.
  • Ötürülən məlumatların məxfiliyini təmin edən məlumatların təhlükəsiz, etibarlı qaydada ötürülməsi üsulu.

İşgüzar tərəfdaşlar arasında müəyyən formatlarda məlumatların elektron mübadiləsində istifadə olunan qlobal standartları GS1 EDI təmsil edir.

EDI (Electronic Data Interchange) partnyorların informasiya sistemləri arasında qarşılıqlı avtomatik əlaqənin yaradılmasını nəzərə alır, harada hər tərəf məlumatı göndərən, həm də alan kimi çıxış edə bilir. 

Əsas istifadə sahələri pərakəndə satış. istehsalçı, anbar idarəetmə, logistika və nəqliyyat, bank sahəsi və s. ola bilər.

EDI üç əsas standartlara əsaslanır:

Təchizat silsiləsində məlumatların mübadiləsi üçün ən müasir GS1 formatı XML-dır.