Əmtəənin etiketinə ştrixkodun maksimal dərəcədə dəqiq və düzgün vurulması üçün sifarişçinin mətbəəyə bu ştrixkodun film-masterini təqdim etməsi məqsədəuyğun olardı. Film-master yüksək keyfiyyətlə hazırlanan və xüsusi plyonkada yazılan ştrixkodun maketidir. Film-master əmtəənin etiketində ştrixkodun yerləşdirilməsi və sonradan mətbəədə çap edilməsi üçün nəzərdə tutulub. Bununla, ştrixkodun yaradılmasına dair bütün qaydalara və standartlara maksimal dəqiqliklə riayət edilir. Bir film-masterdən istənilən sayda etiket çap etmək olar. Tövsiyyə kimi, film-master adlanan ştrixkod simvolunun maketinin hazırlanmasını və Sizin etiketlərinizi çap edən mətbəəyə təqdim etməyinizi təklif edirik. Bu cür film-masteri GS1 Azərbaycan Cəmiyyətində sifariş etmək olar. ŞTRİXKODUN FİLM-MASTERİNİ SİFARİŞ ETMƏK ÜÇÜN: 1. ştrixkodun film-masterin hazırlanmasına dair Sifariş blankını yükləməlisiniz; SİFARİŞİN İCRASI OLARAQ SİZƏ TƏQDİM EDİLİR : 1. film-master elektron daşıyıcıda (CD diskdə)
|