GS1 standartları logistikada

Logistik vahid – daşınma və ya anbarda saxlanılma məqsədilə malların adlarından yaradılan hər hansı kompozisiyadır və onun daşıma silsiləsi üzrə hərəkəti istiqamətləndirilməli və nəzarət edilməlidir. Bu, konteyner, altlıq və s. ola bilər. Təchizat silsiləsi inkişaf etdikcə, nəinki bilavasitə istehlakçıya çatdırılan istehlak mallarının, həm də daşınan və anbar vahidlərinin identifikasiyasına tələbat artır. Bundan başqa, qaytarılan taranın markalanmasına tez-tez ehtiyac yaranır. Beynəlxalq GS1 sistemi çərçivəsində bu məsələlərin həllinə vahid yanaşma işlənib hazırlanıb.

Beynəlxalq daşımalarda təchizat vahidi dəfələrlə yer dəyişə və bir daşıyıcıdan digərinə verilə bilər. Yük daşımalarının hər bir mərhələsi təchizat vahidi üzrə müvafiq müşayiətedici sənədin verilməsini tələb edir. Standart identifikasiya nömrəsinin olması isə onun hərəkətinin izlənilə bilməsinə imkan verir.

Daşımanın bütün mərhələlərində təchizat vahidlərinin identifikasiyası üçün nəqliyyat qablaşdırmasının seriya kodu SSCC (Serial Shipping Container Code) kimi tanınan GS1 unikal standart identifikasiya nömrəsindən istifadə olunur. Kodu təchizat silsiləsində iştirak edən bütün tərəflər istifadə edir, təchizat vahidinin birmənalı identifikasiyası üçün nəzərdə tutulub və yük haqqında məlumatın saxlanıldığı məlumat bazasının “açarı”dır.

SSCC identifikasiya nömrəsinin strukturu:

Qablaşdırma indikatoru

(1 dərəcə)

Müəssisənin  GS1  Qeydiyyat  nömrəsi   və  istifadəçiyə  verilmiş  logistik  ədədin   şəxsi nömrəsi (əmtəəyə istinad edilən nömrə ) 

Yoxlama rəqəmi

I

N1 N2 N3 N4 N5 N6 N7 N8 N9 N10 N11 N12 S1 S2 S3 S4

C

Bir qayda olaraq, GS1 qeydiyyat nömrəsi  Milli GS1 təşkilatı tərəfindən verilir (Azərbaycanda bu, GS1 Azərbaycan Cəmiyyətidir).

SSCC identifikasiya nömrəsi – standart nəqliyyat (logistik) etiketinin  yeganə mütləq elementidir.

GS1 standartının etiketlərində spesifik xüsusiyyətləri yüksək müdafiə olunma səviyyəsini təmin edən EAN/UСC–128 ştrixli kod simvolikasından istifadə olunmalıdır.

Standart GS1 nəqliyyat (logistik) etiketi

Əgər daşıyıcılar və üçüncü tərəflər daxil olmaqla, bütün ticarət partnyorları, SSCC-ni oxuya və logistik vahidlərin tam təsvirindən ibarət EDİ məlumatlarının mübadiləsini apara bilirlərsə, həmçinin məlumatlar bazasında SSCC-ni oxumaqla açılan fayla malikdirlərsə, o zaman SSCC-dən başqa əlavə məlumat tələb olunmur. Lakin praktikada çox vaxt logistik vahid formalaşdıqca, ona yapışdırılan logistik etiketdən istifadə olunur. Həmçinin logistik vahidin özü ticarət predmeti ola və GS1-in müvafiq qaydalarının təsiri altına düşə bilər. Bu halda  ştrixli  kodlar şəklində lazımi müşayiətedici məlumatlardan ibarət vahid etiket yaradılması məntiqə uyğundur.

Nəqliyyat etiketinin təyinatı – təchizat vahidi və onun hərəkəti haqqında standartlaşdırılmış və avtomatik işlənməyə yararlı formada keyfiyyətli və qısa məlumatı təmin edilməsidir.

Təchizat silsiləsinə cəlb olunmuş müxtəlif ticarət partnyorlarının müxtəlif məlumat tələbatı var və buna görə də  nəqliyyat etiketində məlumatı təqdimetmə strukturu  çox dəyişkəndir. Onun standartı yalnız bəzi vacib elementləri, məlumatın ümumi yerləşməsini və tövsiyə olunan ölçüləri  nəzərdə tutur. Yükün mülkiyyətçisi və ya daşıyıcısı zəruri əlavə məlumatı həm mətn şəklində, həm də ştrixli  kodlar şəklində yerləşdirə bilər. Logistik etiketin sxemi məlumatı üç məntiqi bölmə: təchizatçı bölməsi, istehlakçı bölməsi və daşıyıcı bölməsi şəklində qruplaşdıraraq, təchizat silsiləsi prosesinin xarakterini əks edir. Onların hər biri müxtəlif vaxtlarda, müvafiq məlumat yarandıqca istifadə edilə bilər.  Buna əlavə olaraq, məlumatın maşın və insan tərəfindən ayrıca işlənməsini asanlaşdırmaq üçün hər bir bölmədə ştrixli kodlar mətn şəklində olan məlumatdan ayrılıb. Məlumat etiketin üzərində üç bölmədə verilir. Yuxarı bölmədə ixtiyari formada məlumat yerləşdirilir, məsələn, təchizatçının loqotipi. Orta hissədə mətn şəklində məlumat və ştrixli kodlar şəklində əks olunan insanın oxuya biləcəyi simvollar yerləşdirilir. Bölmənin aşağı hissəsi ştrixli kodlar və onların hərf-rəqəm elementləri üçün nəzərdə tutulub. SSCC kodu ən sonda yerləşdirilməlidir.

 

İstifadə identifikatorunun köməyi ilə EAN/UСC–128 ştrixli kodunda ən müxtəlif məlumat yerləşdirilə bilər.

İstifadə identifikatorlarının formatı və qiymətləri GS1 sisteminin standartları ilə müəyyən olunur. GS1 sistemi tərəfindən bu standartlara operativ dəyişiklik etmə proseduru işlənib hazırlanıb.