Məlumat bazaları

Sinxronlaşdırılmış məlumat bazaları şəbəkəsi 

(GDSN)

 

Sinxronlaşdırılmış Məlumat Bazaları Şəbəkəsi - GDSN (Global Data Synchronisation Network) - avtomatlaşdırılmış və standartlara əsaslanan qlobal şəbəkədir. Bu şəbəkə, ortaqlara real vaxt rejimində məhsul barədə ardıcıl məlumatı əldə etməyə imkan yaradaraq, məlumatların təhlükəsiz və aramsız sinxronlaşdırılmasını həyata keçirir.
Yerli və dünya bazarlarında effektiv işgüzar sazişlər üçün standartlaşdırılmış və etibarlı məlumatların olması ticarət proseslərinə sərf edilən xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Ticarət əlaqələrində, ilk növbədə, müəyyən etmək lazımdır ki, HARADA yerləşirsiniz, NƏ satırsınız və hansı bazarda satırsıniz. Bu sualları cavablandırmaq üçün, GS1 (EAN*UCC) sistemində Qlobal identifikasiya nömrəsi (GLN) və Qlobal əmtəə nömrəsi (GTIN) tipli əsas identifikatorlar tərtib edilib. Bir halda ki, özü-özlüyündə identifikatorlar kifayət qədər məlumatı təmin edə bilmirlər, onlar, məsələn, malın təsviri, yaxud ticarət ortaqlarının yerləşməsi, qiymət, ölçülər, bağlama, ünvan və s. kimi əlavə atributlarla tamamlanır.

Ticarət ortaqları arasında münasibətləri təmin edən standartlaşdırılmış atributlar əsas məlumatlar (bir çox əmtəələr üçün ümumi olan, misal üçün GTIN nömrəsi) və ya əməliyyat məlumatları (konkret ticarət partnyoru üçün səciyyəvi olan, misal üçün, sifarişdə qeyd olunan miqdar) adlanır. Məlumatların Qlobal Sinxronlaşdılrılması şəbəkəsində (GDSN) əhəmiyyətli rol oynayan belə atributlardan biri də, konkret əmtəənin hansı növ məhsullara və hansı qrup əmtəələrə aid olduğunu qeyd edən Məhsulun qlobal təsnifat kodudur (GPC)GDSN şəbəkəsində hər bir GTIN nömrəsi GPC kodunun köməyi ilə təsnif edilməlidir.
Bundan əlavə, bütün atributlar üçün tam informasiya (tərif, format və s.) Qlobal məlumatlar lüğəti, sifarişdə qeyd olunan miqdar adlanır. Məlumatların Qlobal Sinxronlaşdılrılması şəbəkəsində (GDSN) əhəmiyyətli rol oynayan belə atributlardan biri də, konkret əmtəənin hansı (GPC)GDSN şəbəkəsində hər bir GTIN (Global Data Dictionary, GDD) adlanan mərkəzdə saxlanılır. Bununla, bu atributlardan GS1 sisteminin tərtib etdiyi bütün elektron biznes standartlarında (EAN*UCC) uzlaşdırılmış tətbiqi təmin edilir.

Məlumatların Qlobal Sinxronlaşdırılması şəbəkəsinin (GDSN) konsepsiyası, təchizat xəttində əməliyyatların sürətləndirilməsi və xərclərin azadılması məqsədilə, GS1 Assosiasiyası unifikasiya edilmiş kod üzrə Şura (UCC) və GCI təşkilatlarının iştirakı ilə, tərtib edilmişdir. GDSN şəbəkəsi - kataloqların (yaxud məlumat kataloqlarının) GS1 Qlobal registri ilə qarşılıqlı əlaqəsinin həyata keçirilməsi üçün yaradılan və internet-texnologiyalarına əsaslanan bir şəbəkədir. Bu şəbəkə bütün dünya ölkələrindən olan şirkətlərə imkan verir ki, ticarət ortaqları ilə təchizat xətti üzrə standartlaşdırılmış və sinxronlaşdırılmış məlumatların mübadiləsini həyata keçirsinlər.
GDSN şəbəkəsi ticarət ortaqlarının mübadilə etdiyi məlumatların dəqiqliyinə və universal standartlara tam uyğun olmasına zəmanət verir.

GDSN şəbəkəsi ticarət ortaqlarından (təchizatçı və pərakəndə satıcılar), kataloqlardan (ticarət ortaqlarının məlumatlarının saxlanılması və işlənilməsi üzrə xidmətləri təklif edən kataloqlardan) və Qlobal GS1 registrindən (GDSN cəmiyyətinə məlumat mənbələrini lokallaşdırmağa və ticarət ortaqları arasındakı, məlumatların sinxronlaşdırılmasını təmin etməyə imkan verən qlobal direktoriyadan) ibarətdir.

GDSN-in əsas üstünlüyü ondan ibarətdir ki, hər bir ticarət ortağı GDSN şəbəkəsinə bir giriş nöqtəsinə malikdir və sertifikatlaşdırılmış kataloqu öz tələbatına görə istifadə edir. Bu üstünlük, eyni və ya fərqli coğrafi yerləşməsi olan çoxsaylı kataloqlara yazılma xərclərini aradan qaldırmağa imkan verir. Ona görə də, ticarət ortaqlarının GS1-in Qlobal registrinə çıxışı yalnız sertifikatlaşdırılmış kataloq vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, ticarət ortaqları öz şəxsi sertifikatlaşdırılmış kataloqlarından istifadə edə bilərlər.

Qlobal əmtəə registrinin (Global Registry) və məlumatların sinxronlaşdırması şəbəkəsinin (GDSN) inkişafı məqsədilə məlumat bazaları (Data Pools) arasında GS1 GDSN çərçivəsində idarə olunur.
Azərbaycan müəssisələri bu layihədə GS1 Azərbaycan cəmiyyətinin vasitəsi ilə iştirak edə bilərlər (məhsulları barədə məlumatı çap etdirə və ya müəyyən məlumat bazasından ən son informasiyanın əldə edilməsinə yazıla bilər).

Daha ətraflı məlumatı www.gs1.org/gdsn/ saytından əldə edə bilərsiniz.