Ştrixli kodun verifikasiyası - ştrixkod simvolunun göstəricilərinin ölçülməsi üzrə texniki proseduradır. Bu prosedura zamanı göstəricilərin simvola qoyulan tələblərə uyğun olub olmadığı müəyyən edilir. EAN/UCC Beynəlxalq Əmtəə Nömrələnməsi sisteminin ştrixli kodlarının simvolikasına və xətti simvollarının çap keyfiyyətinin sınaqdan keçirilməsinə qarşı qoyulan tələblər, AZS 260-2007 (15426-1-2002) standartları ilə müəyyən edilib. Əgər Sizin məhsulunuzun qablaşmasının üzərindəki ştrixkodların çap keyfiyyətini yoxlamaq lazımdırsa, GS1 Azərbaycan Cəmiyyətinə müraciət edə bilərsiniz. Bunun üçün etiketlərin 2 ədəd nümunəsini Sifarişə əlavə edib bizə təqdim etmək lazımdır. Nəticədə, ştrixkodun çap keyfiyyətinin verifikasiyası (yoxlanılması) haqqında Protokolu ala bilərsiniz. Keyfiyyət zəmanəti kimi ştrixkod simvolunun sınaqdan keçirilməsi (verifikasiyası) çıxış edir. Daha təfərrüatlı hesabatlarda verifikatorlar çap səhvlərinin növünü və ciddilik dərəcəsini də qeyd edir. Verifikatorlar Avtomatik identifikasiya vasitələrinin istehsalçıları (AIM Automatic Identification Manufactures) Assosiasiyası tərəfindən təsdiq edilmiş mövcud beynəlxalq standartlara uyğun olaraq, ştrixli kod simvolunun qiymətləndirilməsinə proqramlaşdırılıb. |