"Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi
Birlik
"Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi
1999-cu ilin may ayının 11-də Berlində (Almaniya) "EAN-International" Assosiasiyasının Baş Assambleyasında "EAN-Azərbaycan" Cəmiyyəti yekdilliklə bu təşkilata üzv qəbul olunmuşdur və ona 476 prefiksi ayrılmışdır. Bu prefiks EAN/UCC sisteminin ştrikkodlarının təyin edildiyi məhsul və xidmətlərin unikal məlumat bankını idarə etməyə imkan verir.
Bu o deməkdir ki, 476 rəqəmləri ilə başlayan bütün məhsul və xidmətlərin identifikasiya nömrələri GS1 Ümumi Spesifikasiyasının tələblərinə uyğun olaraq, "GS1 Azərbaycan"da verilir və qeydiyyata alınır. Bu prefiks Respublikamızda "Əmtəə Nömrələmə Depozitariyasının" yaradılmasına imkan verdi.
2005-ci ildən "EAN-International" təşkilatı "GS1" adı altında fəaliyyətini davam edir. Həmin tarixdən "EAN-Azərbaycan" Cəmiyyəti də müvafiq olaraq "GS1 Azərbaycan" Cəmiyyəti adlandırılmışdır. "GS1 Azərbaycan" Cəmiyyəti "GS1" beynəlxalq Assosiasiyasının tam hüquqlu üzvüdür.
"GS1 Azərbaycan" Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1122-Q81-4125 qeydiyyat nömrəsi ilə 2022-ci ilin 29 noyabr tarixindən etibərən öz hüquqi-təşkilati formasını dəyişərək İctimai Birlik kimi fəaliyyətini davam etdirir.
Rəsmi məlumatlar
Missiya
"Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi Respublika ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrikkod nömrələrinin beynəlxalq standartlara uyğun paylanmasını və qaydalara riayət edilməsini təmin edir. Belə əmtəə nömrələmə ştrikkod standartları beynəlxalq, qeyri-hökumət "GS1" təşkilatı tərəfindən hazırlanır və dəstəklənir.
Qeyd etmək lazımdır ki, "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi Azərbaycanda "GS1" Assosiasiyasının üzvü kimi çıxış edən və yerli müəssisələrin GS1 beynəlxalq sistemdə qeydiyyatını ölkəmizdə təmin edən yeganə təşkilatdır.