ŞTRİXLİ KODLAŞDIRMA ÜÇÜN MƏHSULLARIN SİFARİŞ CƏDVƏLİNİN DOLDURULMA QAYDALARI.
Sifariş cədvəli iki formatda təqdim edilə bilər:
- Şəxsi kabinet pəncərəsindən elektron qaydada;
- Kağız daşıyıcıda.
Elektron qaydada sifarişin göndərilməsi qaydaları ilə bağlı https://app.gs1az.org/az/login
linkinə keçid edərək məlumatları əldə edə bilərsiniz.
Kağız daşıyıcıda təqdim edilən sifarış cədvəli aşagıda göstərilən qaydalara əsasən doldurulmalıdır:
- Cədvəldə göstərilən hər bir məhsul “S/N” sütununda növbə ilə nömrələnməlidir.
- “Məhsulun adı” sütununda məhsulun növünü müəyyənləşdirən əsas bir neçə söz yazmaq lazımdır (Məsələn:
toyuq broyler əti/xama/qazsız su/qırmızı kəmturş şərab/qabyuyan maye və s.) - Məhsulun “Brend adı” mütləq düzgün göstərilməlidir (Məsələn: “Səba”/”Nübar”/”Savalan”/”Pasha Çay”/
“Azərşəkər” və s.) - “Məhsulun şəkli – JPEG və ya URL” sətrində məhsulun şəkli və ya URL ünvanı qeyd edilməlidir.
- “Hədəf bazarı” sütununda məhsul kataloqunun satış üçün nəzərdə tutulduğu coğrafi məkan qeyd edilməlidir
(Məsələn: yerli bazar/Türkiyə/Rusiya və s.). - “Məhsul növünün təsnifatı (DSK və ya GPC)” sütununda Dövlət Statistika Komitəsində (DSK) və ya GS1
- Qlobal Məhsul Təsnifatında (GPC) məhsulun hansı təsnifat koduna aid olduğu nəzərdə tutulur.
- “Miqdarı və Ölçü vahidi” sütununda məhsulun dəqiq çəkisi qeyd olunur. (Məsələn: 1 KGM/400 MLT/20 PCE və s.)
- “Qablaşma materialının tipi” sütununda qablaşdırmanın tipi göstərilir. (Məsələn: folqa örtük/polietilen
bağlama/karton qutu və s.). - “Standartın (QOST, AZS), AQTA, TŞ və ya gigiyenik sertifikatın №-si” sütununda məhsulun uyğun olduğu
Dövlət standartın və ya TŞ-nin nömrəsini göstərmək lazımdır. - “Qrup qablaşmada ədədlərin miqdarı və qablaşman materialının tipi” sütununda satışa çıxarılacaq qrup
şəklində qablaşdırmanın (vahid qutuların birləşdirilməsi) növü təsvir olunur. (Məsələn, 30 ədəd polietilen
bağlamada/20 ədəd karton qutuda). - Dəyişkən çəkili məhsulların cədvəlini dolduraraq məhsulun çeşidinin adı qeyd olunmalıdır. (Məsələn,
bud əti, bişmiş, yarımhisə verilmiş, duzlu və s.). - Tam doldurulmuş cədvəl “GS1 Azərbaycan” Cəmiyyətinin ofisinə təqdim olunur. Bəzi hallarda cədvəli
[email protected] elektron poçtuna və ya (012) 498 10 58 faksına sonradan cədvəlin orijinalı GS1 Azərbaycan
ofisinə təqdim etməklə göndərmək olar. - Cədvəli komputerdə və ya oxunan çap hərfləri ilə doldurmaq lazımdır.