GS1 Azerbaijan

GS1 Azerbaijan GS1 in Europe Regional Forum 2026-da iştirak edib

12–15 oktyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində “Accelerating as One GS1” şüarı altında GS1 in Europe Regional Forum 2026 keçirilib. Forum 49 milli GS1 təşkilatının nümayəndələrini bir araya gətirib.

Açılış sessiyasında GS1 təşkilatlarının 340-dan çox nümayəndəsi iştirak edib. Onlayn iştirakçılar da daxil olmaqla, tədbir üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 65 ölkədən təxminən 700 nəfər təşkil edib.

Forumda Google, Trendyol, Migros Türkiye, Amazon və Avropa Komissiyası kimi beynəlxalq şirkət və qurumların nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində rəqəmsal transformasiya, süni intellekt, 2D barkodlar, məhsulların

izlənilməsi, elektron ticarət, logistika, tekstil sənayesi və dayanıqlı inkişaf kimi mövzular müzakirə olunub. GS1 Vision 2030 strategiyasının həyata keçirilməsi, rəqəmsal ekosistemlərin uyğunluğunun təmin edilməsi və beynəlxalq ticarətdə,

eləcə də təchizat zəncirlərində şəffaflığın artırılması üçün qlobal standartların tətbiqinə xüsusi diqqət yetirilib.

GS1 Azerbaijan forumda Baş direktor Vəfa Əliyev, İcraçı direktor Səbinə Əliyeva və GS1 Azerbaijan Reyestrinin rəhbəri Gülanə Rəsulovadan ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Forum çərçivəsində keçirilən “Unlocking the Power of 2D Barcodes” (“2D barkodların imkanlarının genişləndirilməsi”) adlı seminarda GS1 Azerbaijan Azərbaycanda 2D barkodların tətbiqi sahəsində əldə etdiyi təcrübəni təqdim edib.

Həmçinin GS1 Baş ofisinin və GS1 Polşa, GS1 Bolqarıstan və GS1 İtaliya təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib.

Görüşlərdə nəqliyyat və logistika sahəsində təşəbbüsünün regional layihə kimi inkişaf etdirilməsi, 2D barkodların tətbiqinin genişləndirilməsi və GS1 AZE Barcode mobil həllinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Forumda iştirak GS1 Azerbaijan-a ölkəmizdə həyata keçirilən təşəbbüsləri beynəlxalq ictimaiyyətə təqdim etmək, qabaqcıl təcrübələri bölüşmək və qlobal GS1 şəbəkəsi çərçivəsində əməkdaşlığı daha da gücləndirmək imkanı yaradıb.

Fotolar