GS1 Azerbaijan məktəbliləri rəqəmsal texnologiyalar dünyası ilə tanış edir
Adi ştrixkod məhsul haqqında bizə nə deyə bilər? Texnologiyalar məhsul və onun istehsalçısı barədə məlumatı necə əldə etməyə kömək edir?
Bu mövzular GS1 Azerbaijan-ın Bakı Klassik Gimnaziyası №160 və İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri üçün təşkil etdiyi açıq dərslərin əsasını təşkil edib.
Görüşlər zamanı məktəblilər GS1 qlobal standartları ilə tanış olub, bu standartların mağazalarda, məhsulların çatdırılmasında və gündəlik həyatda necə tətbiq olunduğunu öyrəniblər.
Şagirdlərin xüsusi marağına GS1 Azerbaijan komandası tərəfindən hazırlanmış GS1 AZE BARCODE mobil tətbiqi səbəb olub. Onlar tətbiqin imkanları ilə tanış olub və rəqəmsal həllər vasitəsilə məhsullar haqqında məlumatı necə əldə etməyin mümkün olduğunu öyrəniblər.
Açıq dərslər gimnaziyaların rəhbərliyinin dəstəyi ilə,160 nömrəli Klassik Gimnaziyası informatika müəllimləri Lamiyə Həsənzadə və Rəna Hüseynovanın, eləcə də İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimləri Kəmalə Səfərova və Rəna Abışovanın iştirakı ilə keçirilib.
GS1 Azerbaijan hər iki gimnaziyanın rəhbərliyinə əməkdaşlığa və gənc nəslin müasir rəqəmsal dünyanı formalaşdıran texnologiyalarla tanış olmasına yaratdıqları şəraitə görə təşəkkür edir.
Fotolar

