GS1 Azerbaijan

GS1 Azerbaijan universitetlərlə əməkdaşlıq əlaqələrini genişləndirir

21 və 22 oktyabr 2026-cı il tarixlərində GS1 Azerbaijan Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə GS1 beynəlxalq standartlarının təhsil prosesində tətbiqi məsələləri müzakirə olunub.

Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə keçirilən görüşdə müəllimlərin təlimi, avtomatik identifikasiya və GS1 sisteminin əsaslarının tədris proqramlarına daxil edilməsi məsələlərinə baxılıb. İştirakçılar

GS1 standartlarının logistika, məhsulların identifikasiyası və izlənəbilənliyi sahələrində praktiki tətbiqini, eləcə də GS1 Azerbaijan tərəfindən təqdim olunan tədris materiallarından təhsil prosesində istifadə imkanlarını müzakirə ediblər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri ilə keçirilən görüşdə GS1 Azerbaijan-ın fəaliyyəti, qlobal standartlar və GS1 həlləri barədə məlumat verilib.

Tələbələrin GS1 sisteminin əsasları, beynəlxalq standartlar, logistika həlləri və rəqəmsal texnologiyalarla tanış edilməsi imkanlarına xüsusi diqqət yetirilib.

Görüşlər zamanı GS1 sisteminin əsaslarının və beynəlxalq standartların universitetlərin tədris proqramlarına daxil edilməsi imkanları, eləcə də təhsil sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Fotolar