GS1 Azerbaijan

Yeni üzvlər GS1 sisteminin əsasları ilə tanış olublar

04.09.2026-cı il tarixində GS1 Azerbaijan tərəfindən yeni üzvlər üçün maarifləndirici seminar təşkil olunub. Tədbirdə 20-yə yaxın sahibkar iştirak edib və GS1 sisteminin tətbiqi ilə bağlı vacib mövzular ətraflı şəkildə izah olunub.
Görüş zamanı iştirakçılara GS1 sistemi haqqında ümumi məlumat verilib, şəxsi kabinetdən praktiki istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Seminar ərzində sahibkarların fəaliyyətində ən çox rast gəlinən səhvlər təhlil olunub, həmçinin GS1 resursları barədə danışılıb. Əsas diqqət 2D yeni nəsil kodların tətbiqinə yönləndirilib. Eləcə də “GS1 Aze Barcode” mobil tətbiqinin üstünlükləri ətraflı şəkildə izah edilib. Qonaqların məhsullarının həmin tətbiqdə əks olunduğu məlumatları nümayiş olunub.

Tədbirdə iştirak edən KOBİA nümayəndəsi sahibkarlarla yaxından tanış olub, onları maraqlandıran sualları cavablandırıb. Sonda qarşılıqlı müzakirələr aparılıb və GS1 sistemində qeydiyyatlarını təsdiq edən Şəhadətnamələr yeni üzvlərə təqdim olunub.

Fotolar