GS1 Global Forum 2015

2015-ci ilin 9-13 fevral tarixlərində Brusseldə 88 ölkənin 670 nümayəndələn iştiraki ilə Beynəlxalq GS1 Assosiasiyasının
növbəti illik Qlobal forumu keçirildi. Forumun iştirakçıları arasında ənənəyə uyğun olaraq Milli GS1 təşkilatların
nümayəndələri, GS1 Standartların istifadəçiləri kimi böyük şirkətlərin nümayəndələri də dəvət olmuşdu. Forumun işində
GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev iştirak etdi.
Müasir biznesin tələbatlarının təmin edilməsində GS1 standartların rolu yüksəkdir. Bu gün GS1 elektron kommersiya və
onlayn-ticarət, tez korlanan məhsulların izləməsi, istehlakçının təhlükəsizliyini artırması üçün həll yollarını təklif edir.
Səhiyyə sahəsində GS1 standartları əsasında həllər tibb məmulatların (UDİ) unikal identifikasiyasını təmin edir, Dünya
Səhiyyə təşkilatı isə bu yaxınlarda GS1 Sistemini vaksinlərin markalanması üçün istifadə etməyə məsləhət görüb.

  GS1 Global Forum 2015         GS1 Global Forum 2015        GS1 Global Forum 2015

GS1 Standartların nəqliyyat və logistika, dəb industriyası və Səhiyyə sahələrində irəlləməsiynən bağlı fəal iş aparılır.
Böyük diqqət məlumatların keyfiyyət məsələlərinə ayrılır. Qlobal miqyasda bu problem GS1 Source layihənin
çərçivəsində həll olunur və məlumatların sinxronlaşdırılması Qlobal şəbəkəsinin (GDSN) yeni versiyasının hazırlanması,
Avropa səviyyəsində isə Milli GS1 təşkilatları birgə EU 1169 Avropa reqlamentinin tələblərinin yerinə yetirilməsini təmin
edən tövsiyə hazırlayır.
Yuxarıda verilən məsələlərin uğurlu həlli üçün GS1 Assosiasiyası öz daxili strukturunu, Qlobal ofisin və Milli Təşkilatlar
arasında qarşılıqlı əlaqə mexanizmini yaxşılaşdırmaq üçün iş aparır. Həmçinin, yaxın zamanlarda GS1 əmtəə nişanının
istifadəsi haqqında yeni redaksiyanın lisenziyalı sazişin imzalanması, innovasiyalara birgə yanaşmanın hazırlanması,
əməkdaşlığın yeni üsullarının və Milli GS1 təşkilatların arasında təcrübə mübadiləsinin yaradılması planlaşdırılır.

GS1 Global Forum 2015           GS1 Global Forum 2015

Qlobal GS1 Forumun çərçivəsində ənənəyə uyğun olaraq GS1 standartların müxtəlif sahələrdə istifadəsi məsələlərinə
həsr edilmiş plenum iclasları, GS1 Regional forumların iclasları keçirildi.