GS1 standartların kənd təsərrüfatında istifadəsi

Cari ilin 28 və 29 aprel tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində və Azərbaycandaki
Avropa Birliyinin Nümayəndəliyində GS1 Azerbaijan avtomatik identifikasiya Cəmiyyətin əməkdaşlarının iştiraki ilə
görüşlər keçirildi.

GS1 standartların kənd təsərrüfatında istifadəsi           GS1 standartların kənd təsərrüfatında istifadəsi             GS1 standartların kənd təsərrüfatında istifadəsi

Hər iki görüş təsərrüfat yerlərin,ovlaqların, fermaların, yemlərin, iri və kiçik buynuzlu heyvanların
və s. yerini müəyyənləşdirmək üçün imkan yaradan GS1 qlobal standartların istifadəsinə həsr olunmuşdu.
GS1 standartları qida məhsulların hərəkətini istehsalın, emalın, paylanmanın, təchizat silsiləsinin bütün mərhələlərində
izləməyə imkan verir.
Qida məhsulların keyfiyyətinin təhlükəsizliyiylə bağlı narahatçılıq bəlkə də heç vaxt belə yüksək olmayıb.
Qida məhsulların istehsalı sahəsində mühüm böhranlar istehlakçıların ağlında şübhə və bazara gətirilən məhsullara
qarşı etibarsızlıq yaratdı.
Kənd təsərrüfatı məhsulların izləməsi üçün beynəlxalq standartların istifadəsi maraqlanan şəxslərə bütün təchizat
silsiləsi boyu bu məhsulların mənşəyi və tərkibi haqqında dəqiq məlumatı təqdim etməklə qida məhsulların
təhlükəsizliyini artırmağa kömək edəcək.
Bu məsələnin müzakirəsi zamanı Kənd Təsərrüfatı Nazirliyin müxtəlif şöbələrinin aparıcı mütəxəssislərin,
Avropa Birliyinin Azərbaycandaki sektorunun rəhbəri (başçısı) Olaf Xaydelbaxın, GS1 in Europe beynəlxalq
təşkilatın biznesin inkişafı üzrə meneceri Piotr Bielickinin və GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru
Vəfa Əliyevin iştiraki ilə kənd təsərrüfatı məhsulların izləməsi üçün GS1 standartların istifadə imkanlarının
təbliğatı ilə bağlı işin davam etdirilməsi haqqında razılıq əldə olunmuşdu.