RFID: identifikasiya sistemlərində inqilab

8 aprel 2015-ci il tarixində GS1 Azərbaycan Cəmiyyətinin ofisində “İdentifikasiya sistemlərində inqilab.
RFİD: təsvirdən praktiki istifadələrə” mövzusunda prezentasiya keçirildi. Prezentasiya GS1 Azərbaycan ştrixkod
istifadəçiləri Cəmiyyəti, Destec yerli soft şirkəti və radiotezlik identifikasiya avadanlığın istehsalçısı Nordic ID
şirkəti (Finlandiya) tərəfindən təşkil olunmuşdu. Prezentasiyanı GS1 Azərbaycan Cəmiyyətinin Baş direktoru
Vəfa Əliyev açdı. Öz çıxışında o avtomatik identifikasiya texnologiyaların inkişafı, GS1 standartları və radiotezlik
identifikasiyanın (RFİD) istifadəsinin effektivliyi haqqında danışdı.
Prezentasiyada məzmunlu materialnan çıxış edən Sarus Technology (Finlandiya) şirkətinin direktoru Dmitriy
Artemyev RFİD texnologiyanın əsasları, onların inkişaf tendensiyaları barədə ətraflı danışdı.

RFID: identifikasiya sistemlərində inqilab           RFID: identifikasiya sistemlərində inqilab

İstehsalın, ticarətin və logistikanın müxtəlif sahələrində RFİD istifadəsiynən mövcud olan həllər barədə məlumat
təqdim olundu. D.Artemyev Nordic İD (Finlandiya) şirkəti istehsal etidiyi RFİD avadanlığın bəzi markalarını
nümayiş etdi və inventarizasiya prosesini, məhsul qalığların çıxarılmasını, xüsusi nişanların və proqram təminatın
istifadəsiynən məhsulun axtarışını göstərdi. Müəyyən olundu ki, RFİD-nan aparılan inventarizasiyaya ənənəvi
ştrixli kodların istifadəsiylə müqayisədə sərf olunan vaxt on dəfə azalır.
Prezentasiyada Destec soft şirkətinin nümayəndəsi Emil Əhmədov tərəfindən şəxsən hazırlanan RFİD istifadə
etməyə imkan verən proqram təminatı və “LogiX Anbar”, “LogiX İstehsal”, “LogiX Ticarət”, “LogiX Xidmət sahəsi”
proqram modullərin işini nümaiş etdi.

RFID: identifikasiya sistemlərində inqilab           RFID: identifikasiya sistemlərində inqilab

Tədbirdə 25-dən çox İT mütəxəssisləri, bir sıra nazirliklərin və idarələrin, bankların, ticarətin brend müəssisələrinin,
kitabxanaların, muzeylərin və s. şirkətlərin nümayəndələri iştirak etdi. Qeyd etmək lazımdır ki, iştirakçılar müzakirə
olunan mövzuya böyük maraq göstərdilər.

RFID: identifikasiya sistemlərində inqilab           RFID: identifikasiya sistemlərində inqilab