2016-cı ilin oktyabrın 12-də Moskva şəhərində Dövlətlərarası Texniki Komitənin DTK 517 standartlaşdırması "Avtomatik identifikasiya və məlumatların toplanması texnologiyaları" üzrə 9-cu iclası keçirilmişdır.
“Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şuranın üzvü olan ölkələrdə məlumatların toplanması və avtomatik identifikasiya texnologiyaları sahəsində standartlaşdirma üzrə işlərin vəziyyəti” barədə mərüzə dinlənilmişdir.
Radiotezlikli identifikasiya sahəsində standartların müzakirəsinə böyük diqqət ayrıldı. İclasın yekunlarına əsasən 2017-ci il və sonrakı illər üçün qətnamə və iş proqramı qəbul edilmişdir.
Məlumdur ki, standartların istifadəsi qayda qanuna riayət etməyə köməklik edir, məhsul və ya xidmətlərin rəqabət qabiliyyətini artırır.
İclasda MDB ölkələrinin nümayəndələri - Rusiya, Belarus, Azərbaycan, Türkmənistan, Qırğızıstan və s. iştirak etmişlər.
Azərbaycandan iclasda müşahidəçi kimi GS1 Azerbaijan cəmiyyətin Baş Direktoru Vəfa Əliyev iştirak edib.