GS1 sisteminə yeni qəbul olunmuş İstifadəçilər üçün təlim-prezentasiya keçirilmişdir

16 avqust 2017-ci il tarixində GS1 Azerbaijan-nın ofisində ənənəvi olaraq, GS1 sisteminə yeni qəbul olunmuş İstifadəçilər üçün ştrixkodların istifadəsində köməklik göstərən təlim-prezentasiya keçirilmişdir.

Seminarda “GS1 Azerbaijan” təşkilatının əməkdaşları GS1 sistemi haqqında, GTİN nömrələrinin paylanma qaydaları, ştrixkodların etiketdə düzgün yerləşdirilməsi, GS1 standartları, ştrixkodların rəng seçimi, qruplaşma bağlamaların mənası, GS1-128 logistik etiketlər və s. məlumatlar verilir. Dizaynerlərin tipik səhvləri də nümyaiş olunur ki, istifadəçilərimiz onlardan uzaq olsunlar.  GS1sistemin axtarış resursu olan GEPİR kataloqunda istifadəçilərimiz və onların məhsulları haqqında məlumatın alınması da nümaiş olundu.On-line müraciətlərin doldurulması qaydaları, ümumiyyətlə İstifadəçinin şəxsi kabinetdən istifadəsi haqqında ətraflı danışıldı.

Seminarın sonunda iştirakçılara  metodik və reklam materialları paylandı.