GS1 standartlaşma üzrə Avropa Komitəsi (СЕN) yüklərin izlənməsi üçün SSCC seçib

GS1 sistemində standartlar və qərarlar bazasında avtomatik identifikasiya texnologiyalarından və məlumatların elektron mübadiləsindən istifadə edərək, təchizat prosesinin iştirakçılarına yüklərin nə zaman göndərilməsi, harada olmaları və onların hara çatdırılmaları haqqında, digər sözlərlə, sifarişdən çatdırılmaya və ödənişə qədər operativ və dəqiq məlumatın alınmasına imkan verir. 

Bunun nəticəsində inzibati və uçot prosesləri avtomatlaşdırıla, bütün mərhələlərdə uçot əməliyyatları sadələşdirilə, səhvlər minimuma endirilə, anbar sahələrinin və inventar mülkiyyətinin idarə edilməsi yaxşı təşkil edilə bilər.

2017–ci ilin iyun ayının sonunda standartlaşma üzrə Avropa komitəsi (CEN) nəqliyyat qablaşdırmalarının SSCC (Serial Shipping Container Code) seriyalı kodun istifadəsini reqlamentləşdirən poçt xidmətləri üçün (TS 17073) Texniki spesifikasiyanı dərc edib.

Qəbul edilmiş Texniki spesifikasiya poçt və kuryer xidmətləri, internet – mağazaları, logistika şirkətləri nümayəndələrinin birgə işlərinin nəticəsidir.

Bağlamaların çatdırılması ilə bu gün mövcud olan problemlərin əsas səbəblərindən biri online – ticarət üçün işi çətinləşdirən çoxsaylı yerli, lokal, milli reqlamentlərin və standartların mövcudluğu hesab edilir.

Bu problemi GS1 identifikasiya nömrəsini özünə daxil edən bağlama daşımaların üzərindəki standartlaşmış logistika etiketlərinin istifadəsi və vahid qaydaların riayəti həll etməlidir.

Bu cür etiket yüklərin birmənalı identifikasiyası üçün effektivdir və göndərən şəxsdən alan şəxsə qədər olan yolda logistik silsiləsində izləmə imkanını təmin edir.

Üstünlüklər

SSCC nömrəsi – GS1 Sisteminin identifikasiya açarlarından biridir.

Buda öz növbəsində ticarət predmetləri ilə yüklənmiş qutu, paletlər və ya hətta treylerlər kimi logistika vahidlərinin identifikasiyası üçün özünə məxsus “nömrə nişanıdır”.

SSCC ilə markalanmış yüklərin yola salınması, hərəkəti və qəbul edilməsi ilə bağlı xərclərin azalmasına gətirib çıxarır.

SSCC nömrəsi izlənmə sisteminin əsas elementlərdən biridir. 

O, unikal şəkildə HƏR BİR logistika vahidini identifikasiya edir. SSCC nömrəsindən istifadə edərək, Siz hər zaman yükünüzün çatdırılma silsiləsinin hansı yerində olması haqqında məlumatlı olacaqsınız.