“Anbar əməliyyatlarının optimallaşdırılması” seminarı haqqında

05 dekabr 2018-ci il tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində anbar proseslərin avtomatlaşdırılmasının tanınmış eksperti - “SOLVO” şirkəti (Rusiya, Sankt-Peterburq) ilə birgə təşkil olunan anbar əməliyyatlarının avtomatlaşdırılmasına həsr olunmuş seminar keçirildi.

Supply Chain Execution (SCM) sistemlərin Rusiya, Ukrayna, MDB və Baltiya ölkələrində 300-dən artıq layihələrinin tətbiqi “SOLVO” şirkətinin hesabındadır. Seminar zamanı bu günkü gün mövcud olan anbar proseslərinin optimallaşdırılması üçün texnologiyalara, WMS spesifikası və onun istehsalçılar üçün tələbatına baxıldı.

Seminar “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC, “European Tobacco-Baku” ASC, “Hidro-Park” MMC və s. kimi böyük anbar komplekslərinə malik olan yerli şirkətləri maraqlandırdı.