Azərbaycan banklarının ştrixkoda marağı artır

Ödəniş sənədlərində 2D kodlardan istifadəsi

 

13 iyun 2018-ci il tarixində "GS1 Azerbaijan" avtomatik identifikasiya Cəmiyyəti öz ofisində “BiZone apparat-proqram sistemi” mövzusunda prezentasiya keçirmişdir

Bu cür sistemin istifadəsi ödəniş sənədlərinin işlənməsini tezləşdirməyə və həmçinin məlumatları əllə daxil edən zaman səhvlərin aradan götürülməsinə imkan verir.

Heç kim üçün sirr deyil ki, ödəniş sənədlərinin bank sisteminə əllə daxil edilməsi çox vaxt sərfiyyatı tələb edir və insan faktoruna görə tez-tez səhvlərə gətirir. Bu problemlərin həllinə banklarda ödəniş tapşırıqlarının avtomatlaşdırılmış daxil edilməsi köməklik edir.

Keçirilmiş prezentasiyada “РИТ Сервис” şirkətindən (Sankt-Peterburq, Rusiya) АПС “BiZone” tərtibatın müəllifləri ödəniş sənədlərinin bankın sisteminə daxil edilməsi prosedurunun avtomatlaşdırılması üçün təklif olunan həll haqqında ətraflı danışdılar. АПС “BiZone” bankın əməliyyat bölmələrində quraşdırılır və kağız sənədlərdən məlumatların bank sisteminə əllə daxil edilməsini tam avtomatlaşdırmağa imkan verir.

Prezentasiya iştirakçılarına ödəniş tapşırıqların tərtib edilməsinin və onların sonraki skan edilməsi və məlumatların bank sisteminə ötürülməsinin nümunələri nümayiş etdirilmişdir. Təklif olunan həllin əsas üstünlükləri dərhal kağız sənədin daxil edilməsi (1 saniyədən az) və daxil edilən məlumatın səhvsizliyidir (kağız daşıcısı ilə tam uyğunluq).

Prezentasiyada AGBank, Azer Türk Bank, AFB, Bank of Baku, Rabitə Bank, VTB, ZiraatBank və digər bankların aparıcı mütəxəssisləri iştirak etdilər.

Prezentasiyada "GS1 Azerbaijan" Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev iştirakçılara GS1 beynəlxalq sistemin standartlarının bank sahəsində istifadəsi haqqında danışdı.