Azərbaycan istehsalçıları ştrixkodlardan daha da geniş istifadə edirlər

2018-ci ilin beş ayı ərzində 100-ə yaxın yerli istehsalçı GS1 Azerbaijan Cəmiyyətinə müraciət edərək beynəlxalq əmtəə ştrixkodlarından istifadə hüququnu alıb.
Onların arasında süd və ət məhsulları, şirniyyatlar, alkoqollu və alkoqolsuz içkilər, məişət kimyəvi vasitələr, yüngül sənaye məhsulları və s. kimi istehsal edən şirkətlər və fərdi sahibkarlar var.
Üzərinə ştrixkodlar vurulan məhsulların çeşidləri son illərdə xeyli genişlənib.
Hal hazırda GS1 Azerbaijan Cəmiyyətinin məlumat bazasında istehlak mallarına vurulan 90 mindən artıq ştrixkod nömrələri müvcuddır.
30.05.2018-ci il tarixdə GS1 Azerbaijan Cəmiyyətinin ofisində yeni ştrixkod istifadəçiləri üçün seminar - prezentasiya keçirilmişdir. İştirakçılar böyük maraqla GS1 sistemin təşkilinin praktikası ilə  tanış oldular, ştrixkodların tipinin seçilməsi, etiketin üzərində yerləşdirilməsi, mətbəədə çapı, öz məhsullarının uçotunun təşkili və digər məsələlər ilə bağlı yaranan suallara dolğun cavablar aldılar. 
Həmçinin tədbir iştirakçıları ştrixkodlaşdırmanın əsaslarının biliyinin testində aktiv iştirak etdilər.
Prezentasiyanın sonunda GS1 Azerbaijan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev iştirakçılara istifadəçinin öz məhsullarının üzərinə beynəlxalq əmtəə ştrixkodlarının vurulma hüququnu təsdiq edən Şəhadətnamələr təqdim etdi.