“BARCODE MADE İN AZERBAİJAN” mobil həlli

Bu ilin aprel ayında “Barcode Made in Azerbaijan” mobil həlli işə verildi. Mobil həll məhsul haqqında məlumat və GS1 sisteminin istifadəçisi olan yerli istehsalçının kontakt məlumatına giriş verən servisdir. Bu, ştrixkod verilən məhsul haqqında GS1 Azerbaijan Cəmiyyətinin məlumat bazasında olan məlumatdır.

Məlumat bazası GS1 Azerbaijan Cəmiyyətinin serverində yerləşdirilib və “Barcode Made in Azerbaijan” mobil həllin sayəsində 70 mindən artıq məhsul min beş yüzdən artıq istehsalçı haqqında məlumatı əldə etməyə imkan verir.

İstifadəçilərin rəyinə görə Mobil həllin istifadəsi istehlakçılara alınan məhsulun orijinallığını təsdiq etməsində daha çox əminlik verir.

Son 8 ay ərzində “Barcode Made in Azerbaijan” Mob. App-in buraxılışından sonra bu mobil həldən təqribən 10 000 nəfər istifadə edib.