“GS1 Azerbaijan AZE Barcode” mobil həlli yerli məhsulların ştrixkodlarının leqallığını yoxlayır.

GS1 Azerbaijan ştrixkod istifadəçiləri Cəmiyyəti, EBRD Avropa Bankının maliyyə və Azexport Portalının texniki dəstəyi ilə Apple və Android platformlarının əsasında smartfonlar üçün GS1 Azerbaijan AZE Barcode mobil həllinin yaradılmasını tamamlamışdır. Bu cür mobil həll Azərbaycanda ilk dəfə olaraq Google Play və Apple Store onlayn-mağazalarında qeydiyyata alınmışdır.

Mobil həll Azərbaycanda istehsal olunan və  GS1 Azerbaijan  Cəmiyyətinin ştrixkod Depozitariyasında qeydiyyatdan keçmiş  məhsulun məlumat bazasını istifadə etməyə imkan verir. Hal-  hazırda GS1 Azərbaycan Cəmiyyətinin ştrixkod Depozitariyasında  qeydiyyatdan keçmiş məhsulların ümumi sayı 93000-nən artıqdır. 

 

  

 

Mobil həll GS1 sistemin istifadəçiləri olan yerli istehsalçılar və  onların haqqında məlumat verən servisdir. İstifadəçilər öz  məhsullarının, yerləşdiyi yerin və logistika ədədlərin identifikasiyası üçün GS1 Cəmiyyətinin unikal numerasiyasının qlobal sistemini istifadə edirlər.

 Mobil həllin necə işlədiyini görmək üçün smartfonun əməliyyat sistemindən aslı olaraq, “Google Play” və ya “Apple Store”-da “Axtarış” bölməsində “GS1 Azerbaijan” yazmaq və bu mobil həlli tapandan sonra onu telefona yükləmək lazımdır.

 

 

 

Məhsul haqqında məlumat “GS1 Azerbaijan AZE Barcode” mobil həllin məlumat bazasına necə daxil olur?

-         İlk növbədə istehsalçı GS1 Azərbaycan ştrixkod istifadəçiləri cəmiyyətində qeydiyyatdan keçir və məhsulların siyahısını təqdim edir, sonradan həmin məhsullara unikal ştrixkod nömrəsi (GTİN) ayrılır.

-          GS1 Azərbaycan öz növbəsində daxil olan istifadəçi və məhsul haqqında məlumatları öz ştrixkod Depozitariyasına daxil edir.

Mobil həlli necə istifadə etməli?
                                                     

Əgər istehlakçı Azərbaycanda istehsal olunan yerli məhsulu alırsa və qablaşmanın (və ya etiketin) üzərində çap olunmuş məlumatın nə qədər düzgün olmasında maraqlıdırsa, o zaman “GS1 Azerbaijan AZE Barcode” mobil həlli işə salmaqla məhsulun qablaşmasının(və ya etiketin) üzərində göstərilən ştrixkodu skan edərək məhsul və onun istehsalçısı haqqında məlumat ala bilər. Əgər smartfondaki məlumat qablaşmanın (və ya etiketinin) üzərindəki məlumatdan fərqlənərsə və ya ümumiyyətlə olmazsa, o zaman bu, məhsulun alınmaması üçün bir xəbərdarlıq ola bilər. 

Mobil həllin üstünlükləri nədir?

İstehlakçılar istehsalçılar haqqında məhsulun qablaşmasının (və ya etiketin) üzərində göstəriləndən daha ətraflı əlaqə məlumatı tapa bilərlər. Supermarket tədarükçüləri istehsalçı haqqında məlumat əldə edərək, yeni məhsul sifarişinə başlaya bilər. Həll provayderləri bu və ya digər ştrixkod nömrəsinin kimə aid olması barədə məlumatın təsdiqini ala bilərlər.

 

- GS1 AZE Barcode Video