GS1 Azerbaijan Cəmiyyətinin işçiləri RFİD haqqında biliklərini artırırlar.

2018-cı ilin fevral ayının 20-24 tarixlərində, Moskva şəhərində “RFİD - Avtomatik identifikasiya və məlumatların toplanması texnologiyaları" üzrə biliklərin artırılması məqsədi ilə “İT Project”, “ERFİD” və “Первый БИТ” kimi şirkətlər tərəfindən təşkil olunmuş görüşdə GS1 Azerbaijan Cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

 “İT Project”-lə görüş zamanı  “RFİD – Radio Tezlikli İdentifikasiya” texnologiyası üçün hazırlanmış “Məlumatlandırıcı rəf”, “Əşyaların hərəkəti”, “Əsas vəsaitlərin uçotu” proqramları ilə tanışlıq, “Первый БИТ”-də isə proqramın işləmə prinsipi ilə tanış olmaq üçün ekskursiya təşkil olundu.
“ERFİD” şirkətinin qaytarılan tara üçün hazırlanan proqramın yenilənmiş versiyası haqqında müzakirələr aparıldı.
Səfər RFİD sahəsində GS1 Azərbaycan işçilərinin bilik səviyyəsini yüksəltməyə köməklik etdi.