GS1 sisteminin yeni istifadəçilərinin seminar-prezentasiyası

03.04.2018-ci il tarixdə GS1 sistemində qeydiyyatdan keçmiş yeni istifadəçilər üçün “Ştrixkodun tətbiqində 10 addım” mövzusunda seminar-prezentasiya keçirilmişdir.

Tədbirdə yeyinti, sənaye, sanitar-gigiyenik və s. sahələrdə məhsullar istehsal edən 20-yə yaxın istifadəçi iştirak etmişdir.

Seminar-prezentasiyada iştirakçılara GS1 sistemi, Azərbaycanın bu sistemdəki yeri, ştrixli kod anlayışı və mahiyyəti, ştrixli kodun tipinin seçilməsi və düzgün tərtibat qaydaları, əmtəələrə paylanması, eləcə də etiketdə düzgün yerləşdirilmə qaydaları, ştrixli kodların verifikasiyası (GS1 standartlarına uyğunluğunun yoxlanılması) haqqında məlumatlar verilmiş, şəxsi kabinetdə işləmə və sifarişlərin düzgün doldurulma qaydaları izah edilmişdir.

Həmçinin, aşkarlanan, etiketində müxtəlif səhvlərə yol verilmiş əmtəə məhsulları iştirakçılara paylanmış, yol verilən səhvlər barədə praktiki məşğələ təşkil edilmişdir.

İştirakçılara anbarların, malların izlənməsinin, inventarizasiya zamanı ştrixkodlardan istifadənin əlverişliliyi izah edilmiş, eləcə də logistik əməliyyatların işinin səmərəliliyinin artırılması üçün ştrixli kodlaşdırma və radiotezlikli identifikasiya texnologiyalarını istifadə edərək avtomatik identifikasiya sistemlərinin tətbiqinin nümayişi edilmişdir. Ştrixkodlaşdırma avadanlıqlarının müxtəlif tipləri ilə tanış olan iştirakçılara çek printerlərin, skanerlərin, etiket printerlərin iş prinsipləri, zinət əşyalarının markalanması, məlumat yığımı terminalları ilə və radiotezlikli nişanların oxuyucuları (RFID) ilə əsas vəsaitlərin uçotu prosesi nümayiş etdirilmişdir.

İştirakçılar Gepir və “AZE Barcode”mobil application axtarış sistemi barədə ətraflı məlumatlandırılmışdır.

Sonda GS1 sistemində yeni qeydiyyatdan keçən istifadəçilərə ŞƏHADƏTNAMƏLƏR verilmişdir.