GS1AZ proqram təminatı üzrə yenilənmə

GS1 Azerbaijan sisteminin istifadəçilərin və ştrixli kodların Depozitariyasının növbəti yenilənməsi başa çatdı. Yenilik - istifadəçilərə müəyyən tarixdə müvafiq məktubların, hesabların və xəbərdarlıqların avtomatik göndərilməsidir. 

Bundan başqa istifadəçilərin logistikada istifadə olunan  SSCC-18 kodlarına artan marağını nəzərə alaraq bu kodlar EAN-8, EAN-13, EAN-14 əmtəə kodları ilə bir proqram təminatına daxil edilmişdir.

Yeni istifadəçilərin on-line qeydiyyatının imkanları genişlənib.

Qeyd etməliyik ki, istifadəçilər öz “şəxsi kabinetlərindən” yeni məhsullarına ştrixkod nömrələrin alınması üçün sifarişlər göndərə bilirlər.

Bunlar hamısı yerli istifadəçilərə GS1 Azerbaijan Cəmiyyətinin ofisinə gəlmədən qeydiyyat üçün müraciət etməni asanlaşdıracaq.

Ay ərzində yerli istehsalçılara orta hesabla 1000-ə yaxın ştrixkod nömrələri ayrılır.