NORDIC ID RFID Texnologiyaların günü

Bu ilin 27 noyabrında GS1 Azerbaijan Cəmiyyətinin əməkdaşları Moskva şəhərində “Nordic İD” və “Sarus Technology” (Finlandiya) şirkətləri tərəfindən təşkil olunan seminarda iştirak etdilər. Seminar bazar iştirakçılarının bir başa RFİD texnologiyalarının təchizatçısı Nordic İD, yeni RFİD avadanlıqların: oxuyucular, antenlər, nişanlar, proqram təminatı ilə tanışlığa həsr olunmuşdur. Nordic İD şirkəti RFİD texnologiyanın bazasında qeydiyyat obyektlərinin tez və dəqiq izləməsi həllərinin aparıcı Avropa istehsalçısıdır. Nordic İD həlləri iqtisadiyyatın müxtəlif sahələrində, pərakəndə ticarət, səhiyyə, istehsalat, logistika və s. daxil olmaqla əsas vəsaitlərin hərəkətinin izlənməsini həyata keçirməyə kömək edir. “Nordic İD” markası altında mobil terminallar ştrixkod və RFİD nişanlardan məlumat yığımı tələb olunan sahələrdə geniş istifadə olunurlar. Müştərilər Nordic İD  şirkətinin məhsullarını universallığına və etibarlılığına, həmçinin istifadədə asan və komfortlu olmağına görə qiymətləndirirlər.