RFİD texnologiyaları haqqında bilirklərin artırılması

Keçən ilin axırında Moskva şəhərində İD Expert internet-portalı və İD-Nano Tech şirkəti tərəfindən “RFİD-sistemlərin tədbiqi: layihəni başlayanda nəyi bilmək lazımdı” mövzusunda seminar təşkil olunmuşdu, harada ki, GS1 Azerbaijan Cəmiyyətinin nümayəndələri iştirak etmişdi. İki günlük seminar RFİD tədbiq etməyə hazırlaşan şirkətlərə, RFİD texnologiyaların istifadəsi ilə layihələri həyata keçirən inteqratorlara, həmçinin radiotezlik identifikasiya sahəsində biliklərini artırmaq istəyən mütəxəssislərə faydalı idi. Təcrübəyə və unikal mütəxəssis praktiki biliklərə malik olan peşakarlar komandası istənilən RFİD sistemin əsas elementləri haqqında danışdılar, RFİD müxtəlif sahələrdə tədbiqinin təcrübəsi ilə bölüşdülər, RFİD tədbiqinin nə qədər məqsədə uyğun və effektiv olmasını müəyyən etməyə köməklik etdilər. Seminar zamanı konsultasiya və RFİD layihənin qiymətinin və özünü ödəməsi qiymətləndirilmə metodikasını almaq imkanı var idi.