09 dekabr 2024-cü il tarixində GS1 Azerbaijan ofisində yeni nəsil ştrixkodlarla bağlı müzakirə xarakterli görüş keçirilmişdir. Görüşdə Birliyin İdarə Heyətinin Sədri V.Əliyev, İdarə Heyətinin üzvləri - “GrandMart” MMC-nin İnzibati məsələlər üzrə şöbə rəhbəri S.Musayev və “Pak-Qida”MMC-nin direktoru Ə.Hüseynov iştirak etmişdir. GS1 Digital Link barəsində təqdimat edilmiş və video təlimatlar nümayiş etdirilmişdir. GS1 Digital Linkin üstünlükləri, tətbiq edilməsi üçün atılacaq addımların geniş müzakirəsindən sonra yaranmış sualların araşdırılması baxımından növbəti görüşün təşkil edilməsinin mütləqliyi vurğulanmışdır.