Dövlət qurumları məlumat bazalarını GS1 Azerbaijan İctimai Birliyinin Əmtəə Nömrələmə Depozitariyası ilə inteqrasiya edir

GS1 Azerbaijan ölkədə GS1 standartlarının təbliği və təşviqi istiqamətində addımlar atmağa davam edir. 2023-cü il ərzində Birlik iqtisadiyyatın müxtəlif sektorlarında izlənmə sisteminin tətbiqi məqsədi ilə yeni əlaqələr yaratmaq üçün müxtəlif dövlət qurumları ilə görüşlər və danışıqlar aparmışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, elektron qaimə-fakturalarda qlobal GTIN əmtəə nömrəsinin istifadəsi, həmçinin vergi ödəyiciləri tərəfindən vergi orqanında uçota alınarkən daxil edilmiş VÖEN məlumatlarının GS1 Azerbaijan bazasında avtomatik istifadəsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə Birliyin əməkdaşlarının əyani və onlayn görüşlərin nəticələrinə əsasən, tərəflərin mövcud məlumat bazalarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi üçün müsbət rəylər alınmışdır. Qısa zaman ərzində informasiya mübadiləsi sahəsində işlərə başlanılması planlaşdırılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə 2024-cü ildən qüvvəyə minmiş xüsusi qrup dərman vasitələrinin izlənməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqində GS1 Azerbaijan İctimai Birliyinin iştirak yolları müzakirə olunub. Dünya təcrübəsinə əsaslanaraq tətbiq edilməsi planlaşdırılan bu izlənmə sisteminin bir mərhələsi də tibbi vasitələrin üzərində qeyd edilmiş GTIN-lərin həqiqiliyinin yoxlanılmasıdır. Bu mərhələdə GS1 Azerbaijan məlumat bazası və Verified by GS1 beynəlxalq sisteminin məlumatlarından istifadə olunacaq.

Yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan bu və bu kimi digər inteqrasiyaların inkifaşı GS1 sisteminin imkanları barədə dövlət qurumlarını daha yaxşı məlumatlandırmaq məqsədi daşıyır.
 

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif