03 oktyabr 2024-cü ill tarixində GS1 Azerbaijan İctimai Birliyinin ofisində “GS1 sistemi haqqında ümumi məlumat. GS1 standartlarının iqtisadiyyatda istifadəsi” mövzusunda növbəti seminar-təqdimat keçirilmişdir. Seminarda Birliyin yeni qeydiyyatdan keçmiş üzvləri olan “BM Food” MMC, “Telcon” MMC, “Mochiki” MMC, “Tam Store” MMC, “Bafco İnvest” MMC və 25-dən çox müxtəlif sahələrdən olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak etmişdir.
Seminarın məqsədi GS1 standartları haqqında yerli sahibkarları daha çox məlumatlandırmaq, GS1 sisteminin gələcək hədəflərini bildirmək olmuşdur.
Seminar Birliyin icraçı direktoru Səbinə Əliyevanın salamlaması və seminar iştirakçıları ilə tanışlıqla başlamış, Əmtəə nömrələmə depozitariyası müdiri Gülanə Rəsulovanın təqdimatı ilə davam etmişdir. Daha sonra Birliyin əməkdaşları N.İsmayılova, S.Rəhimova, H.Cəfərova tərəfindən Dövlət standartı, “Verified by GS1” beynəlxalq axtarış sisteminin nümayişi, Birlik tərəfindən təşkil edilən tədris kursları, ştrixkod avadanlıqları barədə ətraflı məlumatlar verilmişdir.
Təqdimatların yekununda iştirakçılarla ümumi mövzularda sual cavablar keçirilmiş, ştrixkodun tətbiqi sahəsində təkliflər dinlənilmişdir. Sonda S.Əliyeva tərəfindən iştirakçılara onların GS1 sistemində qeydiyyatını təsdiq edən Şəhadətnamələri təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.