GS1 Azerbaijan İctimai Birliyi 06 dekabr 2024-cü il tarixində 20-yə qədər kiçik və orta sahibkarlıq subyektlərindən ibarət yeni üzvlərin iştirakı ilə ənənəvi olaraq seminar-təqdimat təşkil etmişdir. Seminar – təqdimat Birliyin İdarə Heyətinin Sədri V.Əliyevin çıxışı və iştirakçılar ilə tanışlıqla başlamışdır.
Daha sonra GS1 Azerbaijan əməkdaşları tərəfindən ştrixkod, onun tarixi, inkişafı, gündəlik həyatda və iqtisadiyyatda rolu, GS1 beynəlxalq təşkilatının standartlarının əsas tələbləri - GTIN nömrələrinin verilməsi qaydaları, onların hazırlanmasına dair tələblər, məhsulun qablaşdırılmasında istifadəsi, standart ölçüləri haqqında geniş məlumatlar verilmiş, o cümlədən ştrixkodun gələcək perspektivləri vurğulanmışdır. GS1 Azerbaijan mobil tətbiqinin istifadəsinin imkanları, həmçinin milyonlarla GTIN haqqında məlumatları özündə cəmləşdirən “Verified by GS1” beynəlxalq axtarış sistemi nümayiş edilmişdir. Seminarda qeyd edilən məlumatların daha yaxşı mənimsənilməsi baxımından interaktiv test mərhələsi keçirilmiş, suallar müzakirə olunmuşdur. Sonda Birliyin İdarə Heyətinin sədri Vəfa Əliyev tərəfindən seminarda iştirak edən yeni üzvlərə Şəhadətnamələr təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.