GS1 Azerbaijan yeni üzv-İstifadəçilər üçün ilin ilk seminarını təşkil edilib

GS1 Azerbaijan İctimai Birliyi fəaliyyət planına uyğun olaraq 17.02.2026-cı il tarixində yeni Üzv-istifadəçilər üçün növbəti seminar-təqdimat keçirib.

Seminarda həm qida, içki, kimyəvi məhsul istehsalçıları, həm də qablaşdırıcılar olmaqla 20-yə yaxın sahibkar iştirak edib.

Hər bir nümayəndənin özünü təqdimindən sonra Birliyin İdarə Heyətinin Sədri Vəfa Əliyev çıxışı ilə seminar başlamış, GS1 standartları, ştrixkodların iqtisadiyyatda rolu barədə təqdimat edilmişdir.

Ənənəyə uyğun olaraq, ən sadə halı ilə “ştrixkod” izah edilmiş və dünya təcrübəsinə əsaslanan ştrixkodun daha mürəkkəb funksionallıqlarından bəhs edilmişdir. Xətti ştrixkodların tədricən tədarükdən qaldırılacağı vurğulanaraq, bu sahədə müasir həll olan 2D kodlara geniş yer ayrılmışdır. GS1 Rəqəmsal Link adlandırılan bu həllin istifadə qaydaları, faydaları izah edilmişdir.

Daha sonra Birliyin fəaliyyəti dövründə dövlət orqanları ilə olan əlaqələri, qarşılıqlı məlumat mübadilələri, Dövlət Standartları və Standart layihələri barədə məlumatlar vurğulanmışdır. “GS1 Aze Barcode” mobil həllinin istifadə qaydaları nümayiş etdirilmişdir.

Tədbirin sonunda iştirakçılara onların GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiq edən sənəd – Şəhadətnamələri təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.