GS1 Tarixi
• 3 aprel 1973-cü il - vahid ştrixkod standartı seçilmişdir
ABŞ-da istehlak malları sənayesinin aparıcı nümayəndələri məhsulun identifikasiyası üçün təqdim olunan yeddi variantdan biri olan vahid standartı - U.P.C Symbol Universal Product Code-u seçdilər. Bu, ilk GS1 ştrixkodudur və bu gün də ABŞ və Kanadada istifadə olunur.
• 1974 - ABŞ-da ilk ştrixkod skan edildi
26 iyun 1974-cü ildə ABŞ-ın Ohayo ştatındakı Marsh supermarketində bir paket Wrigley saqqızı skan edildi və bu, ilk ştrixkodlu məhsul oldu.
• 1976 - EAN-13 ştrixkodunun yaradılması
Orijinal 12 rəqəmli UPC kodu əsasında identifikasiya sisteminin beynəlxalq səviyyəyə çatmasına imkan verən 13 rəqəmli ştrixkod hazırlanmışdır.
• 1977 - Qlobal Təşkilatın yaradılması
Avropa Ticarət Nömrələmə Assosiasiyası (EAN International), mərkəzi Brüssel - Belçikada yerləşən, beynəlxalq, qeyri-kommersiya standartlaşdırma təşkilatıdır (GS1). EAN Beynəlxalq Assosiasiyasının təsisçiləri Avropa ölkələrindən olan 12 üzv idi. Onlar birlikdə pərakəndə satış sektorunda təchizat zəncirinin səmərəliliyini artırmaq üçün GS1 identifikasiya sistemlərini tətbiq etməyə başlayırlar.
• 1980 – İdentifikasiya yeri – GLN standartı
Qlobal Yerləşmə Nömrəsi (GLN) kimi tanınan, identifikasiya yerini müəyyən etmək üçün istifadə edilən standart qəbul edilmişdir.
• 1983 - Topdansatış ticarəti üçün ştrixkodun istifadəsi - ITF-14
GS1 standartları tək istehlak məhsullarının satış nöqtələrindən kənara çıxaraq, məhsulları qrup şəklində kodlaşdırmaq üçün ITF-14 ştrixkodlarından istifadə edir.
• 1989 - Logistika və məlumat mübadiləsi sahəsində ştrixkod - GS1-128
GS1-128 kodlarının meydana çıxması ilə GS1 Standartlarının tətbiqi logistika bölmələrinə də şamil edilir. GS1-128 ştrixkod simvolikası əlavə məhsul məlumatlarını kodlaşdıran GS1 Tətbiq İdentifikatorlarını əhatə edir.
• 1990 – UCC və EAN International təşkilatları standartların işlənib hazırlanmasında əməkdaşlıq etmək barədə razılığa gəldi
UCC və EAN International qlobal standartların idarə edilməsində əməkdaşlıq haqqında saziş imzalayır və dünyanın 45 ölkəsində fəaliyyət göstərməyə başlayır.
• 1995 - Səhiyyədə standartlar
GS1 səhiyyə sahəsində GS1 standartlarının tətbiqini və istifadəsini genişləndirir.
• 1999 – EPC və GS1 DataBar - Yeni kodlar
Elektron məhsul kodunu (EPC) inkişaf etdirmək üçün Massaçusets Texnologiya İnstitutunda Auto-ID Mərkəzi yaradıldı. GS1 DataBar spesifikasiyası təsdiq edildi (məhdud simvolologiya).
• 2003 - EPC global və GS1 DataMatrix
Elektron Məhsul Kodu standartlarının hazırlanması üzrə GS1 Beynəlxalq Assosiasiyasının ixtisaslaşmış bölməsi olan EPC global yaradıldı. GS1 ilk 2D DataMatrix simvolunu təsdiqlədi.
• 2005 – EAN International GS1 adlandırıldı
EAN International Assosiasiyasının qlobal ofisi və bütün Milli Təşkilatlar yeni addan - GS1-dən istifadə etməyə başlayırlar.
• 2011 – GS1 QR kodu
GS1 Beynəlxalq Assosiasiyası GS1 Sistemi daxilində məhsul və xidmətlərin çeşidini GS1 QR Kod simvolikası ilə tamamlayır.
• 2013 – 40 illik yubiley
GS1 Ümumi Biznes Dilinin 40 illiyini qeyd edir. Dünyanın 111 ölkəsində milli GS1 təşkilatları fəaliyyət göstərməkdədir.
• 2019 – Verified by GS1
Brend sahiblərinə və məlumat alıcılarına GS1 Registry Platformdakı məlumatlara əsasən məhsulun həqiqiliyini yoxlamağa imkan verən qlobal məlumat keyfiyyəti həlli yaradıldı.
• 3 aprel 2023 - ştrixkod və GS1 təşkilatının 50-ci ili
GS1 116 yerli GS1 Üzv Təşkilatları ailəsi ilə birlikdə ştrixkodun 50 illiyini qeyd edir. 1 milyarddan çox məhsul hazırda dünyada hər gün milyardlarla dəfə skan edilən GS1 ştrixkodlarını daşıyır.