RFID - Radiotezlikli İdentifikasiya

Malın istehsalçıdan istehlakçıya doğru irəliləməsinin istənilən mərhələsində avtomatik izlənməsi məsələsi bu gün logistika sahəsində ən aktual məsələdir. Fasiləsiz mal hərəkəti, böyük çeşid və çoxlu sayda xidmət göstərilən müştərinin olması şəraitində malın saxlanması, inventarlaşdırılması, bir yerdən başqa yerə hərəkət etməsi, ayrı-ayrı pozisiyaların olduğu yerin müəyyən edilməsi real vaxt rejimində daimi nəzarət tələb edir. Bu isə radiotezlikli identifikasiya texnologiyasından kompleks şəkildə istifadə etmədən mümkün deyil.
RFID (Radio Frequency Identification, ingilis.) – RFİD - radionişanlarında radiosiqnalların məlumatlarının oxunması və/və ya qeydə alınması yolu ilə istənilən obyektin radiotezlikli identifikasiyasıdır. İlkin olaraq, RFİD texnologiyası əsasında istənilən sistemin tərkibinə oxuyucu (ona həm də rider deyirlər), antenna və radionişan daxildir. RFİD-radionişan informasiyanın saxlanması, radiotezlikli siqnalın modullaşdırılması və demodullaşdırılması üçün silisium çipdən (mikrosxemdən) və radiosiqnalın qəbul edilməsi və ötürülməsinə xidmət edən antennadan ibarətdir.  
RFİD-radionişanları və RFİD texnologiyası əsasında sistemləri aşağıdakılara görə sistemləşdirmək olar: 
- işləmə tezliyi;
- qidalanma mənbəyi;
- istifadə olunan yaddaşın növü;
- form-faktor.
Məsələn, radionişanlarda istifadə olunan yaddaş növünə görə RFİD-radionişanlar aşağıdakılara bölünür:
- RW (Read and Write) – identifikatordan və informasiyanın oxunması və qeydə alınması üçün yaddaş blokundan ibarət nişanlardır. Yaddaş blokundakı məlumatlar köçürülə bilər. 
- WORM (Write Once Read Many) – unikal identifikatordan başqa, dəfələrlə oxuna bilən lazımi məlumatların birdəfəlik yazılması üçün əlavə blokdan ibarət nişanlardır.
- RO (Read Only) – bu növ nişanlara məlumatlar bir dəfə istehsalçı zavodda yazılır, belə nişanlara əlavə məlumatın yazılması mümkün deyil. 
Son illərdə tərkibində quraşdırılmış enerji mənbəyi olmayan passiv RFİD-nişanlar daha geniş yayılıb. Passiv nişanlar RFİD-nişanın antennasında riderdən radiosiqnalla verilən elektrik cərəyan hesabına işləyir. Bu zaman passiv nişanlardan məlumatın oxunduğu maksimal məsafə nişanların tezliyindən və ölçülərdən asılı olaraq, 10 santimetrdən maksimum 6-8 metrə qədərdir.

Məhsulun elektron kodu
Nişanlar
RFİD sistemi
- GS1 standards for RFID

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif