Şəxsi kabinetə necə daxil ola bilərəm?
Şəxsi kabinetin login və şifrəsi qeydiyyatdan keçdiyiniz zaman və ya daha sonrakı ərəfədə tərəfinizdən təsdiqlənmiş sazişdə göstərilən e-mail ünvanınıza yönləndirilir. Mailinizə göndərilən GLN – Sizin istifadəçi adınızdır.
Göstərilən ölçü vahidlərindən hansı mənə uyğundur?
Ölçü vahidləri sifarişinizdən asılı olaraq dəyişir. Əgər məhsulunuz mayedirsə, LTR və ya MLT (litr və ya millilitr), məhsulunuz kütlə şəkillidirsə, KGM və ya GRM (kiloqram və ya qram), ədədli məhsuldursa UN (unit – vahid) seçilir ki, bunlar ən çox istifadə edilən ölçü vahidləridir.
Sifariş zamanı şəkil mütləqdirmi?
Bəli, mütləqdir. Əgər sifariş etdiyiniz məhsulun mock-up-ı, etiketinin şəkli mövcuddursa, sifariş zamanı JPG və ya PNG formatda əlavə edin. Ümumiyyətlə mövcud məhsula dair şəkil mövcud deyilsə, bu zaman hər-hansı brend və ya sahibkara aid olmayan, neytral şəkil əlavə edilməsinə icazə verilir. Bir şərtlə ki, məhsulun maketi və ya özü hazırlandıqdan sonra şablon şəkil ilə əvəz edilsin.
Təsnifatları necə düzgün seçim?
Təsnifat seçimi ilə bağlı https://www.youtube.com/watch?v=qUvnN0Rg56g&t=3s linkindən tanış ola bilərsiniz.
Məlumatlarımda dəyişikliklər olarsa, nə etməliyəm?
Məlumatlarınızda dəyişiklik olduğu zaman şəxsi kabinetin İstifadəçi menyusuna daxil olaraq, oradan aktiv pəncərədəki məlumatları redaktə edə bilərsiniz. Deaktiv pəncərələrdəki məlumatların redaktəsi üçün isə (məsələn: hüquqi ünvan) mail vasitəsilə müraciət ünvanlandırılmalıdır.
GS1 sistemində qeydiyyatdan keçmişəm, limit ayrılıb, lakin şəxsi kabinetdə GTIN-ləri görə bilmirəm. Nə etməliyəm?
Bəli, hər ayın ilk günü bütün üzv-istifadəçilərin limiti əlavə edilir. Nəzərə almağınızı xahiş edirik ki, limitdən o vaxt istifadə etmiş sayılırsınız ki, şəxsi kabinetə daxil olaraq, yeni çeşidlər üçün müraciət etmiş olursunuz.
Ştrixkodun zolaqlarını hardan əldə edə bilərəm?
Zolaqları hər-hansı yerdən əldə etmirik. Zolaqlar rəqəmlərin kombinasiyasıdır ki, xüsusi proqramlar vasitəsilə tərtib edilir.
Tək və qruplu qablaşma nədir?
Pərakəndə ticarətdə malın tək və qruplu qablaşmasını fərqləndirirlər. Tək qablaşma dedikdə kassadan keçən ayrıca mal vahidi başa düşülür. Qruplu qablaşma dedikdə isə, satış üçün kassadan keçən tək qablaşma qrupunun bir tarada birləşməsi başa düşülür. Misal üçün, siqaretlər həm ayrıca qutularla, həm də içərisində 10 qutu olan bloklarla satıla bilər. Eyni adlı malın tək və qruplu qablaşmasının fərqli ştrixkod nömrələri olmalıdır.
EAN-13 əmtəə ştrixkodunda hansı məlumat var?
Bir qayda olaraq, EAN-13 kodu aşağıdakılardan ibarətdir:
- əmtəə istehsalçısının qeydiyyatda olduğu ölkənin yerli təşkilatının kodundan (3 rəqəm);
- müəssisənin - əmtəə istehsalçısının kodu (5-6 rəqəm);
- bu əmtəənin nömrəsi (4-3 rəqəm);
- nəzarət rəqəmi (1 rəqəm).
Ştrixkodlar hansı rəngdə ola bilər?
Ştrixkodlar müxtəlif rənglərdə ola bilər. Rəngləri seçən zaman, açıq rənglərin aralıqlar və boş zonalar üçün istifadə olunduğunu bilmək lazımdır. Tünd rənglər, qara, göy və yaşıl rəng də daxil olmaqla ştrixlər üçün istifadə olunur. Kompozit rənglər ştrixkodların çapı üçün yaramır. Eyni tonlu rənglərin istifadəsi tövsiyyə olunur. Kod zolağının müxtəlif rənglərdən tərtib olunması yolverilməzdir. İdeal halda, kodun ştrixləri qara rəngli, onun çap olunduğu sahə isə, ideal ağ olmalıdır. Bu halda ən yüksək kontrastlıq əldə olunur.
Ştrixkodların vurulmasında hansı qaydalara əməl etmək lazımdır?
Ştrixkodları vurarkən aşağıdakı qaydalara əməl etmək vacibdir:
- maksimal kontrastlığa və ştrixlərlə aralıqlar arasında dəqiq sərhədə nail olmaq;
- normal sürətlənmə zonalarını təmin etmək (koddan 5 mm əvvəl və sonra eyni fon).
Praktikada ən çox rast gəlinən səhvlər aşağıdakılardır:
- ştrixlərin və fonun rəng kombinasiyası yolverilməzdir;
- çap çox zəifdir, tünd ştrixlər və açıq aralıqlar arasındakı kontrast kifayət qədər yüksək deyil;
- çap prosesinin nəticəsində ştrixkodda ləkələr, aralıqlar və ya nöqtələr var;
-yüksək parlaqlıq.
Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan ticarət vahidlərinin nömrələri necə identifikasiya olunur?
Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən nəzərdə tutulan malların identifikasiyasında EAN/UCC kodlarından istifadə olunur. Pərakəndə satılan mallara sabit və ya dəyişən miqdarda məhsullar, həmçinin "spesifik mallar" (kitablar və s.) aid ola bilər. Beynəlxalq əmtəə nömrələnməsi sisteminin əsas qaydası: müxtəlif istehlak xüsusiyyətli mallara (növ, çəki, rəng, qiymət və s.) müxtəlif əmtəə nömrələrinin verilməsidir. Malın konkret adına və istehlak xüsusiyyətlərinə birmənalı uyğun olan unikal nömrə qablaşmaya vurulur. Misal üçün, ticarət zalında bir tarada qablaşdırılmış müxtəlif həcmli (0,3; 0,5 litrlik şüşə və 0,5; 1,0; 1,5; 2,0 litrlik plastik qablaşdırmalar), amma eyni ştrixkodlu "Badamlı" mineral suyu varsa, skaner bunları eyni mallar kimi identifikasiya edəcək və kassa aparatı eyni məbləğə çek verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri ilə işarələnir.
Dövriyyədən çıxartdığım bir məhsulun GTIN nömrəsini başqa məhsulda istifadə edə bilərəm?
Bazardan çıxarılan bir məhsulun ştrixkodu başqa məhsulda yenidən istifadə edilmir. Bunun sadəcə iki istisnası vardır:
• Ştrixkod bazara heç tədqim edilməmiş bir məhsula ayrılmışdırsa;
• Bazardan çıxarılmış və yenidən tanıdılan məhsul GS1 standartlarına əsasən yeni bir GTIN ayrılmasına zərurət yaratmadan təkrar istehsal edilərsə, orijinal GTIN-i istifadə edilə bilər.
A adlı üzvə aid GTIN-i B adlı üzv-istifadəçinin şəxsi kabinetinin GTIN siyahısına necə əlavə edə bilərik?
GTIN-lər unikaldır və birbaşa GCP-yə bağlıdır. A GCP-sinin GTIN-lərindən hər-hansı birini və ya bir neçəsini digər GCP-də əks etdirmək qadağandır. Məsələn:
476123456 GCP nömrəsinin GTIN-ləri 4761234560017 olarsa, 476012345 GCP-sinin GTIN-ləri 4760123450019 olacaqdır. 4761234560017 GTIN-ni 476012345 GCP-sinə bağlamaq mümkünsüzdür.
Bir dəfə üzv olmaqla əldə etdiyim identifikatorlar həmişəlik mənə aid olmuş olur?
İllik üzvlük haqqını ödədiyiniz təqdirdə, GS1 identifikatorları üzv-istifadəçiyə aid olur. GS1 sistemindən xaric olduğunuz tədqirdə isə identifikatorlardan istifadəniz qeyri-leqaldır.
GS1 Azerbaijandan əldə etdiyim İstifadəçinin Qlobal Prefiksini başqasına dövr edə bilərəm?
GS1 Azerbaijan üzvlərinə ayrılan İstifadəçinin Qlobal Prefiks nömrəsi dünyanın hər yerində həmin sahibkarı müəyyənləşdirdiyindən bu nömrələrin başqa bir sahibkar tərəfindən istifadə edilməməsi mütləqdir. Ancaq GS1 Azerbaijan tərəfindən razılıq verildiyi halda, dəyişiklik üçün lazımi prosedurları həyata keçirərək üzvlüyünüzü, üzvlük altındakı İstifadəçinin Qlobal Prefiks nömrələrinizi başqa sahibkara ötürə bilərsiniz. Dəyişiklik üçün ətralı məlumatı buradan əldə edə bilərsiniz.
İllik üzvlük haqlarını necə ödəməliyəm?
GS1 Azerbaijan tərəfindən Sizə ayrılmış GS1 identifikatorlarına uyğun olaraq, qeydiyyat tarixinizdən bir il sonra növbəti il üçün üzvlük haqqı ödənilməlidir. İllik üzvlük haqqının ödənilməsi üçün hesab GS1 Azerbaijan tərəfindən sistemdə qeyd etdiyiniz elektron ünvanınıza göndərilir. İllik üzvlük haqqınızın tarixini şəxsi kabinetinizdən, yaxud da ofis nömrələrimizlə +994124987405, +994124981058 əlaqə saxlamaqla öyrənə bilərsiniz. Ödəniş edərkən ödəniş təyinatına istifadəçi adınızı, müqavilə nömrənizi və hesab haqqında məlumatları dolğun tərtib etməyinizi xahiş edirik.
GS1 sistemindən necə xaric ola bilərəm?
Sizə ayrılmış GS1 identifikatorlarını artıq istifadə etmirsinizsə və istifadə etməyi düşünmürsünüzsə, üzvlüyünüzə xitam verilməsi üçün müraciət edə bilərsiniz. Üzvlüyünüzün ləğv edilməsi üçün öncəliklə əvvəlki zamanlara aid borcunuz olub-olmadığınız dəqiqləşdirməli, borcunuz olduğu təqdirdə ödənilməlidir.
Nəzərə almaq lazımdır ki, sistemdən xaric olduqdan sonra GS1 identifikatorlarından istifadə qeyri-leqaldır və istifadə edildiyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə görə məsuliyyət daşıyır.
Ləğv edilən üzvlüyü necə bərpa edə bilərəm?
Bərpa üçün yenidən sıfırdan qeydiyyat edilməlidir. Proses həm online, həm də ofisə yaxınlaşmaqla yerinə yetirilə bilər. Bərpa olunan zaman daxilolma üzvlük haqqını ödəməklə Siz həm əvvəlki GS1 identifikatorlarınızı bərpa edirsiniz, həm də yeni identifikatorlara müraciət hüququnuz yaranır.
GTIN-in leqallığını necə yoxlaya bilərəm?
https://gs1az.org/az/strixkod-nomresi-ile-axtaris-sistemi yaxud da https://gs1az.org/az/page/verifiedbygs1 linklərinə keçid etməklə Siz GTIN üzrə axtarış edərək GTIN-in leqallığını, kimə aid olduğunu müəyyənləşdirə bilərsiniz.