Oferta

Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında

Oferta

Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı işlərin aparılması

Bakı şəhəri                                                                                                                                                                              “15” Avqust 2024-cü il

Bir tərəfdən “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi (bundan sonra “İcraçı” adlanan) rəsmi təklif edir və digər tərəfdən hüquqi şəxs və ya fərdi sahibkarlar (bundan sonra “Üzv-İstifadəçi” adlanan) 5.1-ci bənddə göstərilən məbləğin ödənişini həyata keçirərək bu rəsmi təklifin şərtlərini qəbul etdiyini təsdiqləyir.


1. ÜMUMI MÜDDƏALAR

Bu ofertanın məqsədləri aşağıda sadalanan şərtləri ifadə edir:

Oferta - İcraçının GS1 Əmtəə Nömrələmə sistemində hər hansı fərdi sahibkara və ya hüquqi şəxsə ünvanlanmış unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı işlərin aparılması

Aksept – Üzv-istifadəçinin bu Təklifin şərtlərini tam və qeyd-şərtsiz qəbul etməsi, üzvlük haqqını bu təklifdə müəyyən edilmiş qaydada və şərtlərlə İcraçının bank hesabına köçürməsi ilə həyata keçirməsidir.

 

2.TAM İXTİSARLAR VƏ QISALTMALAR

2.1. Üzv-İstifadəçi –  Birliyin məlumat bazasında qeydiyyatdan keçmiş hüquqi şəxs və fərdi sahibkar

2.2. GS1 identifikatorları – GCP, GLN, GTIN nəzərdə tutulur

2.3. GCP (Global Company Prefix,ing.) – Üzv-İstifadəçinin Qlobal Prefiksi (nömrəsi)

2.4. GLN (Global Location Number, ing.) – Üzv-İstifadəçinin və onun strukturlarının Qlobal Yerləşmə Nömrəsi

2.5. GTIN (Global Trade İtem Number, ing.) – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi 

2.6. Şəxsi kabinet – Üzv-İstifadəçinin GTIN sifarişi üçün müraciət etdiyi elektron portal

2.7. Sifariş – Üzv-İstifadəçinin GTIN üçün elektron müraciəti

2.8. Çıxarış – Üzv-İstifadəçinin sifarişlərinin kağız üzərində təsdiqlənmiş forması

2.9. Şəhadətnamə – Üzv-İstifadəçinin GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd

2.10. Verified by GS1 – GS1 Beynəlxalq Axtarış sistemi

2.11. GS1 Azerbaijan AZE Barcode – Google Play və AppStore vasitəsilə yerli məhsul haqqında məlumat əldə etmək üçün mobil həll

         

3.BİRLİYİN ÖHDƏLİKLƏRİ

3.1. Üzv-İstifadəçiyə Beynəlxalq GS1 sistemində GCP və GLN identifikatorları ayırır.

3.2. Üzv-İstifadəçinin Beynəlxalq GS1 sisteminə daxil olunmasını və ona ayrılan GCP-nin üzv olduğu müddətdə qüvvədə saxlanılmasını təmin edir.

3.3. Sifarişlərin elektron qeydiyyatı üçün www.gs1az.org saytında Üzv-İstifadəçiyə Şəxsi Kabinet yaradır. Şəxsi Kabinetin login və şifrəsini təqdim edir.

3.4. Üzv-İstifadəçinin Şəxsi Kabinetində məhsulun beynəlxalq axtarış sistemlərinə inteqrasiyası üçün tələb olunan atributlarını yerləşdirir və lazımi hallarda həmin atributlara əlavə və dəyişikliklər edir.

3.5. Üzv-İstifadəçi tərəfindən təqdim edilən məhsulların Sifarişlərinə əsasən əmtəə məhsullarının hər növü üçün unikal GTIN identifikatorunu ayırır.

3.6. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa İstifadəçilərə ayırmır.

3.6.1. Üzv-İstifadəçinin təşkilati-hüquqi forması dəyişərsə, əvvəlcədən ona ayrılmış GS1 identifikatorlarını  yeni təşkilati-hüquqi formaya sahib olan həmin Üzv-İstifadəçiyə ayrıla bilər.

3.7. Əldə etdiyi GLN-lərin sayından asılı olaraq, Üzv-İstifadəçiyə bir GCP üzrə 998-ə qədər GTIN identifikatoru ayırır.

3.8. GS1 sistemində Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarının unikal və təkrarolunmazlığına zəmanət verir.

3.9. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını Birliyin Depozitariyasına (kompüter məlumat bazasına) daxil edir.

3.10. Üzv-İstifadəçinin Beynəlxalq GS1 sistemində GCP və GLN ilə qeydiyyata  alınmasını Şəhadətnamə ilə təsdiqləyir.

3.11. Üzv-İstifadəçiyə aid olan şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında İnternetdə GS1 sisteminin Verified by GS1 və digər beynəlxalq elektron kataloqlarda, “GS1 Azerbaijan AZE Barcode” və digər mobil həllində məlumatı yerləşdirir.

3.12. Birliyin Nizamnaməsinə uyğun şəkildə ildə bir dəfədən az olmayaraq Ümumi Yığıncaq keçirir.

3.13. İstehsalatda avtomatik identifikasiyanın tətbiq və təbliğində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (təqvim, bülletenlər, vərəqələr və s.) təqdim edir.

3.14. Üzv-İstifadəçi tərəfindən yeni GLN və GTIN-lər üçün göndərilən Sifarişləri 3 iş günü ərzində icra edir və Çıxarışı (Əlavə № 3) Şəxsi kabinetinə göndərir.

3.15. Birliyə təqdim olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır.

 

 4. ÜZV-İSTİFADƏÇİNİN ÖHDƏLİKLƏRİ

4.1. Birlik tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə formasını təqdim edir.

4.2. Sifarişləri elektron qaydada aparır.

4.3. GTIN əldə etmək üçün Birliyə əmtəənin hər bir çeşidi haqqında müəyyən edilmiş formada tam və dolğun məlumat verir.

4.4. Əlavə GLN əldə etmək üçün Birliyə GLN-nin təyinatına dair dəqiq məlumatı qeyd edir.

4.5. GCP üzrə Üzv-İstifadəçiyə ayrılmış GTIN limiti 3.7-ci bəndə əsasən bitdikdə, yeni GCP üçün Birliyə müraciət ünvanlandırır.

4.6. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa müəssisə və ya şəxslərə vermir.

4.7. Birlik tərəfindən müəyyən edilmiş əmtəələrin GTIN-lərini başqa əmtəələrdə istifadə etmir.

4.8. Əmtəəyə GTIN-i özü təyin etmir.

4.9. Məkan və ya obyektə GLN-i özü təyin etmir.

4.10. GS1 identifikatorlarından istifadə qaydalarına riayət edir (əlavə № 1).

4.11. Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodlarının düzgün tərtibatına görə məsuliyyət daşıyır.

4.12. Ona aid şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında İnternetdə Verified by GS1 və digər beynəlxalq elektron kataloqlarda, “GS1 Azerbaijan AZE Barcode” və digər mobil həllində məlumatın yerləşdirilməsinə icazə verir.

4.13. Birliyin nizamnaməsinə əməl edir və tələblərini yerinə yetirir.

4.14. Birliyin tədbirlərində iştirak edir.

5. ÜZVLÜK HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏSİ QAYDASI

5.1. Birliyə daxilolma üzvlük haqqı Birliyin İdarə Heyətinin qərarına uyğun olaraq aşağıdakı kimidir:

  • hüquqi şəxslər üçün 450 (Dörd yüz əlli) AZN;
  • fərdi sahibkarlar üçün 350 (Üç yüz əlli) AZN.

5.2. Birliyin üzvünün illik üzvlük haqqının məbləği Birliyin İdarə Heyətinin qərarına uyğun olaraq aşağıdakı kimidir:

hüquqi şəxslər üçün 350 (Üç yüz əlli) AZN;
fərdi sahibkarlar üçün 250 (İki yüz əlli) AZN.


5.3. Məqsədli üzvlük haqlarının həcmi Birlik və Üzv-İstifadəçi arasında ayrıca razılaşma ilə müəyyən edilir.
5.4. Avtomatik identifikasiya sahəsində Birlik tərəfindən əlavə xidmətlərin görülməsi ilə bağlı məbləğlər razılaşdırılmış qiymət haqqında Razılıq protokolu əsasında müəyyən edilir (2 №-li əlavə).

6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

6.1. Tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbdən digər Tərəfə faktiki dəymiş zərəri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödəyirlər.

6.2. Birliyin illik üzvlük haqqı ilə bağlı müraciət müddəti bitmiş Üzv-İstifadəçi 3 aydan gec olmamaqla ona ayrılan GS1 identifikatorlarından istifadə etməsi hüququnu itirir və Birliyin üzvlüyündən xaric edilir.

6.3. Oferta pozulan andan Üzv-İstifadəçi istеhsal etdiyi məhsullar üçün Birlik tərəfindən ayrılmış GS1 identifikatorlarından istifadəni dayandırmalıdır. Əks halda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.

6.4. Birliyin Üzv-İstifadəçisinin üzvlüyünə xitam verilsə də, məlumatlarının Birliyin məlumat bazasında saxlanılması hüququ vardır.

 

7. OFERTANIN MÜDDƏTİ

7.1. Bu Oferta üzv istifadəçi tərəfindən üzvlük haqqı Birliyin hesabına ödənildikdən sonra qüvvəyə minir və оnun müddəti hər 1 ildən sonra Birliyin üzvlük haqqının ödənilməsi şərti ilə növbəti 1 il müddətinə uzadılmış hesab еdilir.

7.2. Bu Oferta Birliyinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Birliyin üzvlüyünə xitam verildikdən sonra qüvvədən düşür.

 

8. OFERTANIN POZULMASI

8.1. Birliyin üzvü könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda, yaxud Birliyin Nizamnaməsinə uyğun olaraq üzvlükdən çıxarıldıqda bu Ofertaya xitam verilmiş sayılır.

8.2. Tərəflərin hər biri digər Tərəfi ən azı 30 iş günü öncədən xəbərdar etməklə bu Ofertadan imtina edə bilər.

8.3. Bu Oferta birtərəfli qaydada pozulduğu halda bundan əvvəl ödənilən üzvlük haqları geri qaytarılmır.

 

9. TƏTBİQ OLUNAN HÜQUQ MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1. Bu Ofertanın icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin danışıqları yolu ilə həll edilir. Mübahisə bu barədə aparılmış olan birinci danışıqlardan еtibarən 1 təqvim ayı ərzində həll edilmədiyi halda Tərəflər həmin mübahisəni Azərbaycan Respublikasının qanunvеriciliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edə bilərlər.

 

10.YEKUN MÜDDƏALƏR

10.1. Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində illik üzvlük haqqının ödənilməsi Birliyin Üzv-İstifadəçisinin istehsalat fəaliyyətinin olub-olmamasından asılı deyil.

10.2. GS1 identifikatorları Birliyin əqli mülkiyyətidir. Оnlar Üzv-İstifadəçiyə 1 il müddətinə ayrılır.

10.3. Ayrılan identifikatorların istifadə müddəti Birlik tərəfindən Üzv-İstifadəçiyə təqdim olunan hesabın ödənişindən sonra uzadılır.

“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi

Hüquqi ünvan: Bakı ş., Nəsimi r., Xaqani, 90A

VÖEN: 1406304171

Adı                     ABB Nəsimi filialı                                                         

VÖEN                9900001881

Kodu                  805614

Müxbir hesab     AZ03NABZ01350100000000002944

S.W.I.F.T BİK   IBAZAZ2X

Hesab №            AZ59IBAZ40090019443376448207

 

 

1 №-li Əlavə

GS1  İDENTİFİKATORLARINDAN  İSTİFADƏ

QAYDALARI

1. Azərbaycan Respublikasının ərazisində GS1 identifikatorlarından istifadə hüququna ancaq Birlikdə qeydiyyatda olan GS1 sistemin Üzv-İstifadəçiləri malikdir.

2. Yalnız Birliyin Depozitariyasında qeydiyyata alınan identifikatorlar qanuni (leqal) sayılır.

3. Aşağıdakı hallarda GS1 identifikatorlarının istifadəsinə icazə verilmir:

- başqa müəssisəyə aid identifikatorun özbaşına istifadəsi;

-GS1 sisteminin Üzv-İstifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan identifikatorlardan istifadəyə davam etməsi;

-əmtəə vahidinin adı və ya qablaşdırmadakı etiketdə göstərilmiş, Birliyin Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;

-əmtəənin vahid qablaşdırılmasının markalandığı ştrixkod ilə qruplaşdırılmış qablaşdırma markalanırsa və ya əksinə;

-bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi Birliyin Depozitariyasında qeydiyyat olunmadan başqa adda və ya istehlak xüsusiyyətində əmtəə vahidinə vurulubsa.

4. Birlik GS1 standartlarına əsasən GS1 identifikatorlarının tətbiqi və yayılmasına dəstək verir.

5. Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixkodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunliyini təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər. Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün Birliyi aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.

bosswin168 login bosswin168 alternatif