GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

Haqqımızda

"Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi

1999-cu ilin may ayının 11-də Berlində (Almaniya) "EAN-International" Assosiasiyasının Baş Assambleyasında "EAN-Azərbaycan" Cəmiyyəti yekdilliklə bu təşkilata üzv qəbul olunmuşdur və ona 476 prefiksi ayrılmışdır. Bu prefiks EAN/UCC sisteminin ştrixkodlarının təyin edildiyi məhsul və xidmətlərin unikal məlumat bankını idarə etməyə imkan verir.

Bu o deməkdir ki, 476 rəqəmləri ilə başlayan bütün məhsul və xidmətlərin identifikasiya nömrələri GS1 Ümumi Spesifikasiyasının tələblərinə uyğun olaraq, "GS1 Azərbaycan"da verilir və qeydiyyata alınır. Bu prefiks Respublikamızda "Əmtəə Nömrələmə Depozitariyasının" yaradılmasına imkan verdi. 

2005-ci ildən "EAN-International" təşkilatı "GS1" adı altında fəaliyyətini davam edir. Həmin tarixdən "EAN-Azərbaycan" Cəmiyyəti də müvafiq olaraq "GS1 Azərbaycan" Cəmiyyəti adlandırılmışdır. "GS1 Azərbaycan" Cəmiyyəti "GS1" beynəlxalq Assosiasiyasının tam hüquqlu üzvüdür.

"GS1 Azərbaycan" Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1122-Q81-4125 qeydiyyat nömrəsi ilə 2022-ci ilin 29 noyabr tarixindən etibarən öz hüquqi-təşkilati formasını dəyişərək İctimai Birlik kimi fəaliyyətini davam etdirir.

Tam adı: "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi
Qısa adı: "GS1 Azərbaycan" İctimai Birliyi
Statusu: Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsdir.

"Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi Respublika ərazisində fəaliyyət göstərən müəssisələrə və fərdi sahibkarlara aid olan əmtəələrə ştrixkod nömrələrinin beynəlxalq standartlara uyğun paylanmasını və qaydalara riayət edilməsini təmin edir. Belə əmtəə nömrələmə ştrixkod standartları beynəlxalq, qeyri-hökümət "GS1" təşkilatı tərəfindən hazırlanır və dəstəklənir.

Qeyd etmək lazımdır ki, "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyi Azərbaycanda "GS1" Assosiasiyasının üzvü kimi çıxış edən və yerli müəssisələrin GS1 beynəlxalq sistemdə qeydiyyatını ölkəmizdə təmin edən yeganə təşkilatdır.

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə 2022-ci ilin fevral ayının sonunda "ŞTRİXKODLAŞDIRMA. GS1 sistemində əmtəə nömrələrinin formalaşdırılması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları" dövlət standartı təsdiq edilib. Standarta 907:2022 AZS nömrəsi verilib.