Oferta

Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında

Oferta

Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı işlərin aparılması

Bakı şəhəri                                                                                                                                                                            

Bir tərəfdən “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi (bundan sonra “Birlik” adlanan) rəsmi təklif edir və digər tərəfdən hüquqi şəxs və ya fərdi sahibkarlar (bundan sonra “Üzv-İstifadəçi” adlanan) 6-cı bənddə göstərilən məbləğin ödənişini həyata keçirərək bu rəsmi təklifin şərtlərini qəbul etdiyini təsdiqləyir.

1. ÜMUMİ MÜDDƏALAR

Bu ofertanın məqsədləri aşağıda sadalanan şərtləri ifadə edir:

Oferta - Birliyin GS1 Əmtəə Nömrələmə sistemində hər hansı fərdi sahibkara və ya hüquqi şəxsə ünvanlanmış unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı işlərin aparılması

Aksept – Üzv-istifadəçinin bu Təklifin şərtlərini tam və qeyd-şərtsiz qəbul etməsi, üzvlük haqqını bu təklifdə müəyyən edilmiş qaydada və şərtlərlə Birliyin bank hesabına köçürməsi ilə həyata keçirməsidir.

2.TAM İXTİSARLAR VƏ QISALTMALAR

2.1.  Üzv-İstifadəçi –  Birliyin məlumat bazasında qeydiyyatdan keçmiş hüquqi şəxs və fərdi sahibkar

2.2.  GS1 identifikatorları – GCP, GLN, GTIN, SSCC və digər identifikatorlar nəzərdə tutulur

2.3.  GCP (Global Company Prefix,ing.) – Üzv-İstifadəçinin Qlobal Prefiksi (nömrəsi)

2.4.  GLN (Global Location Number, ing.) – Üzv-İstifadəçinin və onun strukturlarının Qlobal Yerləşmə Nömrəsi

2.5.  GTIN (Global Trade İtem Number, ing.) – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi 

2.6.  SSCC (Serial Shipping Container Code, ing.) – Nəqliyyat Bağlamasının Serial Kodu
2.7.  Şəxsi kabinet – Üzv-İstifadəçinin GS1 identifikatorları üçün müraciət etdiyi elektron portal
2.8.  Sifariş – Üzv-İstifadəçinin GS1 identifikatorları üçün elektron müraciəti
2.9.  Çıxarış – Üzv-İstifadəçinin sifarişlərinin kağız üzərində təsdiqlənmiş forması
2.10.  Şəhadətnamə – Üzv-İstifadəçinin GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd
2.11.  Verified by GS1 – GS1 Beynəlxalq axtarış sistemi
2.12.  “GS1 AZE Barcode” mobil tətbiqi Google Play və AppStore vasitəsilə məhsullar və onların istehsalçıları haqqında məlumat əldə etmək üçün həll
         

3.BİRLİYİN ÖHDƏLİKLƏRİ

3.1.  Üzv-İstifadəçiyə Beynəlxalq GS1 sistemində GS1 identifikatorları ayırır. 
3.2.  Üzv-İstifadəçinin Beynəlxalq GS1 sisteminə daxil olunmasını və üzv olduğu müddətdə ona ayrılan GS1 identifikatorlarının qüvvədə saxlanılmasını təmin edir.
3.3.  Sifarişlərin elektron qeydiyyatı üçün www.gs1az.org saytında Üzv-İstifadəçiyə Şəxsi Kabinet yaradır. Şəxsi Kabinetin login və şifrəsini təqdim edir. 
3.4.  Üzv-İstifadəçinin Şəxsi Kabinetində məhsulun beynəlxalq axtarış sistemlərinə inteqrasiyası üçün tələb olunan atributlarını yerləşdirir.
3.5.  Üzv-İstifadəçi tərəfindən təqdim edilən Sifarişlərə əsasən əmtəə məhsullarının hər növü üçün unikal GTIN və hər yerləşmə nöqtəsinə GLN identifikatorunu ayırır.
3.6.  Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa İstifadəçilərə ayırmır.
3.6.1.  Üzv-İstifadəçinin təşkilati-hüquqi forması dəyişərsə, əvvəlcədən ona ayrılmış GS1 identifikatorlarını  yeni təşkilati-hüquqi formaya sahib olan həmin Üzv-İstifadəçiyə ayrıla bilər.
3.7.  GS1 sistemində Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarının unikal və təkrarolunmazlığına zəmanət verir.
3.8.  Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını Birliyin Depozitariyasına (kompüter məlumat bazasına) daxil edir. 
3.9.  Üzv-İstifadəçinin Beynəlxalq GS1 sistemində  qeydiyyata  alınmasını Şəhadətnamə ilə təsdiqləyir.
3.10.  Üzv-İstifadəçiyə aid olan şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında GS1 sisteminin “Verified by GS1” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 AZE Barcode” və digər internet resurslarında məlumatı yerləşdirir. 
3.11.  Birliyin Nizamnaməsinə uyğun şəkildə ildə bir dəfədən az olmayaraq onlayn şəkildə Ümumi Yığıncaq keçirir.
3.12.  İstehsalatda avtomatik identifikasiyanın tətbiq və təbliğində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (təqvim, bülletenlər, vərəqələr və s.) təqdim edir.
3.13.  Üzv-İstifadəçi tərəfindən göndərilən Sifarişləri 5.1-ci üzvlük növlərinə uyğun olaraq icra edir və nəticələr Şəxsi kabinetə göndərir. 
3.14.  Üzv-İstifadəçi tərəfindən Birliyə təqdim olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır. 

 4. ÜZV-İSTİFADƏÇİNİN ÖHDƏLİKLƏRİ

4.1.  Birlik tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə formasını təqdim edir. 
4.2.  Sifarişləri elektron qaydada aparır.
4.3.  GTIN əldə etmək üçün Birliyə əmtəənin hər bir çeşidi haqqında müəyyən edilmiş formada tam və dolğun məlumat verir. 
4.4.  Əlavə GLN əldə etmək üçün Birliyə GLN-nin təyinatına dair dəqiq məlumatı qeyd edir.
4.5.  Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa müəssisə və ya şəxslərə vermir.
4.6.  Birlik tərəfindən müəyyən edilmiş əmtəələrin GTIN-lərini başqa əmtəələrdə istifadə etmir.
4.7.  Əmtəəyə GTIN-i özü təyin etmir.
4.8.  Məkan və ya obyektə GLN-i özü təyin etmir.
4.9.  GS1 identifikatorlarından istifadə qaydalarına riayət edir (əlavə № 1).
4.10.  Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodlarının düzgün tərtibatına görə məsuliyyət daşıyır.
4.11.  Ona aid şəxsi məlumatları (müəssisənin adı; ünvanı, telefon nömrəsi; elektron ünvanı; web-səhifəsi; rəhbərin adı, soyadı, atasının adı və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında GS1 sisteminin “Verified by GS1” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 AZE Barcode” və digər internet resurslarında məlumatın yerləşdirilməsinə icazə verir.
4.12.  Birliyin Ümumi Yığıncaqlarında iştirak edir.

5.    ÜZVLÜK NÖVLƏRİ

5.1.  Məhdud – Sifarişlər 3 (Üç) iş günündə təsdiq edilir, GTIN üçün aylıq limit sayı 30-dur;
5.2.  Standart – Sifarişlər 1 iş günü ərzində icra edilir, GTIN üçün aylıq limit sayı 50-dir;
5.3.  Korporativ – Sifarişlər Birliyin əməkdaşları tərəfindən yerinə yetirilir, GTIN üçün aylıq limit sayı 100-dür.

6.    ÜZVLÜK HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏSİ QAYDASI

6.1.  Birliyə daxilolma üzvlük haqqının məbləği seçilmiş üzvlük növündən asılı olaraq  aşağıdakı kimi təyin edilir:
  Məhdud üzvlük haqqı – 450 (Dörd yüz əlli) AZN 
  Standart üzvlük haqqı – 600 (Altı yüz) AZN
•  Korporativ üzvlük haqqı – 750 (Yeddi yüz əlli) AZN.
Məbləğ hüquqi şəxsin üzvlüklə bağlı müraciətindən ən geci 3 iş günü müddətində Birliyin hesablaşma hesabına ödənilməlidir. 
6.2.  Birliyin üzvünün illik üzvlük haqqının məbləği aşağıdakı kimi təyin edilir:
  Məhdud üzvlük haqqı –350 (Üç yüz əlli) AZN 
  Standart üzvlük haqqı –  500 (Beş yüz) AZN 
  Korporativ üzvlük haqqı – 650 (Altı yüz əlli) AZN.
Məbləğ  Üzv-İstifadəçiyə hesabın təqdim olunmasından sonra 3 iş günündən gec olmayaraq Birliyin hesablaşma hesabına ödənilməlidir. 
6.3.
  Avtomatik identifikasiya sahəsində Birlik tərəfindən əlavə xidmətlərin görülməsi ilə bağlı məbləğlər razılaşdırılmış qiymət haqqında Razılıq protokolu əsasında müəyyən edilir (2 №-li əlavə).
6.4.  Ödənişlər Üzv-İstifadəçiyə Birlik tərəfindən təqdim olunan hesaba əsasən yerinə yetirir.

7. OFERTANIN MÜDDƏTİ

7.1. Bu Oferta üzv istifadəçi tərəfindən üzvlük haqqı Birliyin hesabına ödənildikdən sonra qüvvəyə minir və оnun müddəti hər 1 ildən sonra Birliyin üzvlük haqqının ödənilməsi şərti ilə növbəti 1 il müddətinə uzadılmış hesab еdilir.

8. OFERTANIN POZULMASI

8.1. Birliyin üzvü könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda, yaxud Birliyin Nizamnaməsinə uyğun olaraq üzvlükdən çıxarıldıqda bu Ofertaya xitam verilmiş sayılır.

8.2. Tərəflərin hər biri digər Tərəfi ən azı 30 iş günü öncədən xəbərdar etməklə bu Ofertadan imtina edə bilər.

8.3. Bu Oferta birtərəfli qaydada pozulduğu halda bundan əvvəl ödənilən üzvlük haqları geri qaytarılmır.

9. TƏTBİQ OLUNAN HÜQUQ MÜBAHİSƏLƏRİN HƏLLİ

9.1. Bu Ofertanın icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin danışıqları yolu ilə həll edilir. Mübahisə bu barədə aparılmış olan birinci danışıqlardan еtibarən 1 təqvim ayı ərzində həll edilmədiyi halda Tərəflər həmin mübahisəni Azərbaycan Respublikasının qanunvеriciliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edə bilərlər.

10.YEKUN MÜDDƏALƏR

10.1. İllik üzvlük haqqının ödənilməsi Birliyin Üzv-İstifadəçisinin istehsalat fəaliyyətinin olub-olmamasından asılı deyil.

10.2 Birlik tərəfindən ayrılan GS1 identifikatorları Birliyin əqli mülkiyyətidir və onun icazəsi olmadan hər hansı formada, o cümlədən satış, icarə, lizinq və ya bağışlama şəklində digər müəssisələrə tam və ya qismən verilməsi qadağandır. 
10.3 Ayrılan identifikatorların istifadə müddəti Birlik tərəfindən Üzv-İstifadəçiyə təqdim olunan hesabın ödənişindən sonra uzadılır.
10.4 Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 24.0.1. maddəsinə uyğun olaraq Birliyin əmlakının formalaşma mənbələrindən biri onun üzvlərinin müntəzəm üzvlük haqlarıdır. İctimai Birliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən üzvlük haqları nizamnamədən irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsinə yönəldilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin  13.2.27 və  106.1.2 , 219.1 maddələrinə əsasən ödənilən üzvlük haqqı - mal satışı və ya xidmət göstərilməsinə aid edilmədiyi və vergiyə cəlb olunmadığı üçün müvafiq qanunvericiliyə əsasən e-qaimə faktura göndərilmir, təhvil-təslim aktları tərtib etmir. 

 

“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi

Hüquqi ünvan: Bakı ş., Səbail r., Xaqani, 90A

VÖEN: 1406304171

Adı                     ABB Nəsimi filialı                                                         

VÖEN                9900001881

Kodu                  805614

Müxbir hesab     AZ03NABZ01350100000000002944

S.W.I.F.T BİK   IBAZAZ2X

Hesab №            AZ59IBAZ40090019443376448207

 

1 №-li Əlavə

GS1  İDENTİFİKATORLARINDAN  İSTİFADƏ

QAYDALARI

1.  Azərbaycan Respublikasının ərazisində GS1 identifikatorlarından istifadə hüququna ancaq Birlikdə qeydiyyatda olan GS1 sistemin Üzv-İstifadəçiləri malikdir.
2. Yalnız Birliyin Depozitariyasında qeydiyyata alınan identifikatorlar etibarlı (leqal) sayılır.
3. Aşağıdakı hallarda GS1 identifikatorlarının istifadəsinə icazə verilmir: 
•  başqa müəssisəyə aid identifikatorun özbaşına istifadəsi;
• GS1 sisteminin Üzv-İstifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan identifikatorlardan istifadəyə davam etməsi;
•  əmtəə vahidinin adı və ya qablaşdırmadakı etiketdə göstərilmiş, Birliyin Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;
•  əmtəənin vahid qablaşdırılmasının GTIN-ni ilə qruplaşdırılmış qablaşdırma GTIN-i eyni olduqda;
•  bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi Birliyin Depozitariyasında qeydiyyat olunmadan başqa adda və ya istehlak xüsusiyyətində əmtəə vahidində istifadə edilibsə.
4.  Birlik GS1 standartlarına əsasən GS1 identifikatorlarının tətbiqi və yayılmasına dəstək verir.
5. Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixkodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunliyini təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər. 
6. Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün Birliyi aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.

bosswin168 login bosswin168 alternatif
mewah99 login mewah99 alternatif receh88 login receh88 alternatif sawer138 login sawer138 alternatif foya88 login foya88 alternatif mewahbet login mewahbet alternatif mantul138 login mantul138 alternatif mantul138 login mantul138 alternatif puas69 login puas69 alternatif bobo77 login bobo77 alternatif
funbetz funbetz slots funbetz slots online funbetz casino funbetz slots thailand funbetz slots vietnam funbetz funbetz slots funbetz slots online funbetz casino funbetz slots thailand funbetz slots vietnam funbetz funbetz slots funbetz slots online funbetz casino funbetz slots thailand funbetz slots vietnam funbetz funbetz slots funbetz slots online funbetz casino funbetz slots thailand funbetz slots vietnam funbetz funbetz slots funbetz slots online funbetz casino funbetz slots thailand funbetz slots vietnam