İnkişafa gedən yolun 50 ili
50 il əvvəl 3 aprel 1973-cü ildə Amerikanın sənaye liderləri məhsulun eyniləşdirilməsi üçün
vahid standart haqqında razılığa gəldilər: ştrixkod. Bu əməkdaşlıq GS1-in yaranmasına səbəb
oldu və biz bu gün dünya üzrə 116 üzv təşkilata malik olmaqdan qürur duyuruq. Bütün sənaye
səhiyyədən pərakəndə satışa, bazar və daha bir çox sektorlara qədər bir çox sahələr biznesin
dünya miqyasında necə fəaliyyət göstərdiyini dəyişdirmək üçün birlikdə çalışır. Bu mühüm
mərhələnin əsas hissəsi olduğunuz üçün Sizə təşəkkürümüzü bildiririk. Bu gün, “GS1 Azerbaijan”
ın 24 illik fəaliyyətinin nəticə kimi öz məlumat bazasında 1500-ə qədər aktiv üzvü, 150 000 -ə
qədər məhsul məlumatlarını qoruyub saxlayır.
Əməkdaşlığınız olmasaydı, biz gələcəyə, biznes, insanlar və cəmiyyət üzərində yaratmağa
davam etdiyimiz transformasiya təsirinə baxarkən keçmişimizi qeyd edə bilməzdik.