Azərbaycan istehsalçıları ştirxkodları seçir
18.05.2023- cü il tarixdə “Qlobal Standart Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi tərəfindən yeni üzv- istifadəçiləri ilə Birliyin ofisində növbəti seminar - prezentasiya həyata keçirilmişdir. Seminar-prezentasiyada yeyinti məhsullarının, kimyəvi məhsullarının, kənd təsərrüfatı məhsullarının və s. kimi müxtəlif sahələrin istehsalı ilə məğul olan hüquqi şəxslər, yerli müəssisələrin 20 nəfərdən çox nümayəndəsi iştirak etmişdir.
Seminar - prezentasiya Birliyin Baş direktoru V.Əliyevin çıxışı və seminar –prezentasiya iştirakçıları ilə tanışlıqla başlamışdır. Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulova GS1 sistemi haqqında ümumi məlumat verərək ştrixkodların gündəlik həyatda, xüsusilə iqtisadiyyatda və ixracatda rolu, o cümlədən GS1 beynəlxalq təşkilatının standartlarının əsas tələbləri haqqında - GTIN-lərin paylanması qaydaları, onların tərtib edilməsinə dair tələblər, qablaşdırmada tətbiqi, standart ölçüləri haqqında məlumatlar vermişdir. Məhsulun etiketlərinin formalaşdırılmasına dair tələblər ətraflı nəzərdən keçirilmiş, ştrixkodlarla işləyərkən dizaynerlərin yol verdikləri tipik səhvlərə xüsusi diqqət yetirilmişdir. Seminar - prezentasiyada milyonlarla GTIN haqqında məlumatları özündə cəmləşdirən GEPIR beynəlxalq axtarış sisteminin imkanlarından danışılmışdır. İştirakçılara mobil telefonlardan istifadə etməklə yerli mallar və onların istehsalçıları haqqında məlumat əldə etməyə imkan verən “GS1 Azerbaijan AZE Barcode” mobil tətbiqi haqqında məlumatlar verilmişdir. Daha sonra isə ştrixkod vasitəsilə uçot, inventarizasiya prosesinin aparılması barədə danışılmış, həmçinin əyani vasitələrlə nümayiş etdirmişlər. Əhatə olunan məsələləri möhkəmləndirmək məqsədilə iştirakçılar arasında testlərin keçirilməsi çox faydalı olmuşdur. Seminar – prezentasiya iştirakçılar tərəfindən maraqla qarşılanmış, yaranmış bir sıra suallar cavablandırılmışdır. Eyni zamanda iştirakçılar tərəfindən Birliyə şifahi şəkildə ünvanlanan təklif və şikayətlər dinlənilmişdir və sahibkarların qarşılaşdığı çətinliklər müzakirə olunmuşdur. Sonda isə Baş direktor Vəfa Əliyev tərəfindən yeni üzv- istifadəçilərə GS1 Beynəlxalq Sistemində qeydiyyatdan keçdiklərini təsdiq edən sənəd - Şəhadətnamə təqdim edilib.