GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

Azərbaycanda ştrixkoddan istifadə edən istehsalçıların sayı artır

7 aprel 2023-cü il tarixdə “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği”İctimai Birliyi tərəfindən
son 3 ayda İctimai Birliyə üzv olmuş yerli istehsalçılar və tadarükçülər üçün növbəti seminar prezentasiya
təşkil edilmişdir. Tədbirdə müxtəlif istehlak məhsulları istehsal edən müəssisələrin və fərdi sahibkarların 
20-yə yaxın nümayəndəsi iştirak etmişdir. GS1 Azerbaijan Əmtəə NömrələməDepozitariyasının müdiri 
Gülanə Rəsulova tədbir iştirakçılarını GS1 beynəlxalq təşkilatının standartlarının əsas tələbləri haqqında - 
GTIN-lərin paylanması qaydaları, onların tərtib edilməsinə dair tələblər, qablaşdırmada tətbiqi, standart 
ölçüləri haqqında məlumatlar vermişdir. Məhsulun etiketlərininformalaşdırılmasına dair tələblər ətraflı 
nəzərdən keçirilmiş, ştrixkodlarla işləyərkən dizaynerlərin yol verdikləri tipik səhvlərə xüsusi diqqət 
yetirilmişdir.Seminarda milyonlarla GTIN haqqında məlumatları özündə cəmləşdirən GEPIRbeynəlxalq 
axtarış sisteminin imkanlarından danışılmışdır. Mobil telefonlardan istifadə etməklə yerli mallar və onların 
istehsalçıları haqqında məlumat əldə etməyə imkan verən “GS1 Azerbaijan AZE Barcode” mobil tətbiqi 
haqqında məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Əhatə olunan məsələləri möhkəmləndirmək 
məqsədilə iştirakçılar arasında testlərin keçirilməsi çox faydalı və maraqlı olmuşdur.Seminarın sonunda
 İctimai Birliyin baş direktoru Vəfa Əliyev tərəfindən yeni istifadəçilərə GS1 Beynəlxalq Sistemində qeydiyyatdan
keçdiklərini təsdiq edən Şəhadətnamə təqdim edilib.

    
GS1 standartları iqtisadiyyatın müxtəlif sektorlarında tədarük zəncirlərinin səmərəliliyini, təhlükəsizliyini və
şəffaflığını artırmaq üçün nəzərdə tutulmuşdur.GS1, dünyanın 116 ölkəsindəki milli üzv təşkilatları vasitəsilə
qlobal standartları qəbul edib tətbiq etməklə onların biznes ehtiyaclarına sürətlə cavab vermək üçün ticarət
tərəfdaşları, sənaye sahəsi, dövlət və texnologiya təminatçıları ilə əlaqələr qurur. Qlobal miqyasda GS1 
standartlarından istifadə etməklə 156 ölkədə hər gün altı milyarddan çox əməliyyat həyatakeçirilir “Qlobal 
Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi avtomatik identifikasiya və  ştrixkodlaşdırma sahəsində 
fəaliyyət göstərən Azərbaycan istehsalçılarının maraqlarını digər beynəlxalq təşkilatlarda təmsil edir.1999-cu ilin 
mayında GS1 tərəfindən Azərbaycana 476 prefiksi ayrılmışdır ki, bunun əsasında GS1 Azerbaijan öz İstifadəçilərinə
həmin prefiks əsasında GS1 identifikatorlarını –GCP, GLN, GTIN ayırmaqla onların məhsullarını dünya bazarında
 unikal edir.