GS1 Azerbaijan

GS1 sistemi

"GS1" - dünyanın 118 ölkəsində milli təşkilatları ilə təmsil olunan, könüllü qeyri-kommersiya Assosiasiyasıdır. 2005-ci ildə "EAN International" (European Article Numbering) və "UCC" (Uniform Code Council) təşkilatlarının birləşməsindən sonra, Assosiasiya "GS1" adlandırıldı. Hazırda, bu vahid standartdan dünyanın 150 ölkəsində 2 milyondan çox şirkət istifadə edir, hər gün 6 milyarddan çox ştrixkod skan edilir. "GS1" - məhsul, xidmət, müəssisə, nəqliyyat vahidi, ünvan məlumatları haqqında informasiyanı identifikasiya etməyə və göndərməyə imkan verən, əmtəə nömrələnməsi və ştrixli kodlaşdırma standartlarının beynəlxalq çoxsahəli sistemini idarə edir. "GS1" təşkilatı haqqında daha ətraflı məlumatla www.gs1.org saytında tanış olmaq olar.

GS1 sisteminin məqsədləri və vəzifələri

İstehsalçıdan son istehlakçıya qədər təchizat zəncirinin bütün iştirakçılarına malları, xidmətləri və məkanları dünyanın istənilən nöqtəsində vahid qaydada müəyyən etməyə və onlar haqqında etibarlı məlumat mübadiləsi aparmağa imkan verən vahid biznes dili yaratmaqdır.
 

  • Malların, logistika vahidlərinin, aktivlərin və təchizat zənciri iştirakçılarının qlobal unikal identifikasiyasını təmin etmək;

  • Məlumatların etibarlılığı və uyğunluğu — məhsul haqqında məlumat istehsalatda, anbarda, mağazada və internetdə həmişə eyni olsun;

  • Barkodlar, RFID etiketləri və digər məlumat daşıyıcıları vasitəsilə avtomatik identifikasiya və məlumat toplanması;

  • Kağız sənədlər və əl ilə daxil etmə olmadan biznes tərəfdaşları arasında elektron məlumat mübadiləsi (EDI);

  • Məhsulların «tarladan rəfə qədər» izlənilməsi və istehlakçıların təhlükəsizliyinin təmin edilməsi.
     

GS1 | GS1 sistemi