GACOR77 CAIR77 ADMIN77 DP96 RUPIAH138 RECEH88 RECEH88 MANTUL138 MANTUL138 PASUKAN88 PASUKAN88 BOBO77 BAYAR77 BAYAR77 GARUDA69 RUPIAH138 GCR77 TANGO77 GACOR77 GACOR77 MODUS99 LORD88 GOCAP123 GACOR96 ODIN77 PARGOY88 PARGOY88 MAXWIN138 MAXWIN138 MAXWIN138 POLASLOT138 EPICWIN138 DISKO69 NGASO77 WIBU69 BESTI69 DINO69 BOSSWIN168 BOSSWIN168 RECEH69 MEWAHBET MEWAH99 FOYA88 SAWER138 PUAS69 MIDAS77 MIDAS77 SIP69 SIP69 MODUS99 MODUS99 GCR77 MASTER38 MABAR69 LOTUS138 LOTUS138 COCOL88 BARON69 DINASTI168 ZONA69 NOBAR69 RONIN86 STARLING69 DAGET77 DAGET77 ADMIN77 GARUDA69

GTİN nömrələrinin təkrar istifadəsi haqqında

Hörmətli GS1 sisteminin üzvləri!

Sizə bildirmək istəyirik ki, 2019-cu ilin yanvar ayından etibarən “ GS1 General Specification”-ın yeni müddəalarına uyğun olaraq, əvvəl ayrılmış  GTİN nömrələrinin təkrar istifadəsi qadağandır.

Tələb bütün əmtəə kateqoriyalarına aiddir.

İstisnalar yalnız aşağıdakı hallarda mümkündür:
- əgər GTİN, faktiki olaraq heç vaxt istehsal edilməmiş və bazara çıxarılmamış məhsul üçün ayrılmışdırsa. Bu təqdirdə həmin GTİN-in 12 ay sonra təkrar istifadəsi mümkündür;
- əgər bazardan çıxarılmış məhsulun istehsalına bir müddət sonra yenidən başlanıbsa, o, əvvəlki GTİN nömrəsi ilə təkrar bazara buraxıla bilər.

Bütün digər hallarda GTİN nömrələrinin təkrar istifadəsinə yol verilmir.

Bu dəyişiklik biznes maraqlarına cavab verir və GTİN-in müasir ticarətdə unikallığını qoruyub saxlamağa kömək edir. Təcrübə göstərir ki, əmtəə haqqında informasiya əmtəənin özündən daha uzunömürlü ola bilər, bu səbəbdən həmin informasiyanın əmtəə yarandığı andan dəyişməz olaraq qalması çox vacibdir.

“GS1 General Specification”-ın tövsiyyələrinə əməl etməklə, Siz öz əmtəələrinizin GTİN nömrələrinin unikallığını təmin etmiş olacaqsız, bu isə, təchizat zəncirində biznes proseslərinin effektivliyini yüksəltməyə yardımçı olacaq.