Məhsulun Rəqəmsal İdentifikasiyası

GS1 Digital Link — məhsulun markalanması üçün yeni standartdır

Məhsul etiketlərinin funksionallığını daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaq üçün müasir bir həll təklif edirik — GS1 Rəqəmsal Link (GS1 Digital Link).

Bu beynəlxalq standart sayəsində məhsulun tək bir QR kod vasitəsilə tanıdılması və istehlakçının məhsul haqqında ətraflı məlumat əldə etməsi mümkün olur.

GS1 Rəqəmsal Link (GS1 Digital Link) ənənəvi məhsul identifikatorlarını (məsələn, GTIN) veb keçidə (URL) çevirir və bu keçid vasitəsilə məhsul haqqında geniş məlumat təqdim edir.

 

 

İstehlakçı yalnız bir QR kodu skan etməklə aşağıdakı məlumatlara çıxış əldə edir:

  • İstifadə qaydası;
  • Tərkibi və allergenlər;
  • Mənşə ölkəsi;
  • Promo materiallar, video və rəsmi saytlar;
  • Sertifikatlar;
  • Digər.

Şirkətiniz üçün üstünlüklər:

  • Qablaşdırma üzərində yerə qənaət;
  • Skan olan kodların statistikası (məkan, vaxt, sayı, cihaz növü və əməliyyat sistemi və s.);
  • Mövcud GS1 standartları ilə tam uyğunluq;
  • Bir kod — çoxsaylı məlumat mənbəyi.

Bütün bu məlumatlar bir QR kodda — və hər bir smartfonda əlçatan. 

İstehsalçılar üçün yaradılmış xüsusi servisdə Siz məhsullarınıza dair məlumatları əlavə edə və istədiyiniz zaman yeniləyə bilərsiniz. Bu da Sizə məlumat üzərində tam nəzarət imkanı verir.

GS1 Azerbaijan olaraq GS1 Digital Link-in tətbiqinin bütün mərhələlərində sizə dəstək göstərməyə hazırıq.