9–12 fevral 2026-cı il tarixlərində Nordveyk şəhərində (Niderland, Amsterdam) hibrid formatda GS1 Qlobal Forumu keçirildi. Tədbirdə sənaye və ticarət sektorlarının, Baş Ofisin və GS1 milli üzv təşkilatlarının nümayəndələri daxil olmaqla 2000-ə yaxın iştirakçı iştirak etdi.
Forum GS1 Vision 2030 strategiyasının həyata keçirilməsinə və qlobal rəqəmsallaşma şəraitində GS1 standartlarının istifadəsinə dair əsas beynəlxalq layihələrə həsr olunmuşdu. Süni intellekt sahəsində layihələrə, GS1 e-Akademiyasının inkişafına, həmçinin 2D (ikiölçülü) ştrixkodların ticarət, səhiyyə, sənaye, tikinti, kənd təsərrüfatı və logistika sahələrində tətbiqinə xüsusi diqqət ayrılmışdı.
Forumun əsas məqsədi GS1-in vahid strategiyasının formalaşdırılması, beynəlxalq təcrübənin bölüşülməsi və standartlaşdırma sahəsində yeni həllərin müzakirəsi idi. Forumda GS1 Azerbaijan əməkdaşları da iştirak etmişdilər.
